Səsin işığında
yazılan “Maqomayev planeti”
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 11
may 2012-ci il tarixli sərəncamına
əsasən, dünya
şöhrətli Azərbaycan
musiqiçisi və bəstəkarı Müslüm
Maqomayevin 70 illik yubileyi geniş tədbirlərlə qeyd edildi. İstedadlı şair Vaqif Bəhmənlinin böyük
ürək, şövq
və məhəbbətlə
qələmə aldığı
və dahi müğənninin işıqlı
xatirəsinə həsr
etdiyi “Maqomayev planeti” kitabı da həmin sərəncam
əsasında nəşr
olunub.
“Elm və təhsil” nəşriyyatında
nəfis tərtibatla çapdan çıxan kitabın əvvəlində
müəllif yazır:
“XX əsr vokal və estrada musiqisinin parlaq simalarından biri Müslüm Maqomayevdən
bəhs edən bu mətnlərin müəllifi böyük
müğənninin tanınmağa
başladığı illərdə
ucqar bir kənddən Bakıya gələn, heç bir musiqi təhsili
və qabiliyyəti olmayan, yetkinləşmə
dövrü vokal və estrada musiqisindən tamamən uzaq, əksinə, xalq mahnılarının,
muğamatın beşiyində
duyğulanan milli bir şairdir”.
Bu səmimi etirafdan sonra müəllif Müslüm
Maqomayevin milyonlarla pərəstişkarına üz
tutur: “...Milyonlarla insana Müslüm Maqomayevin səsini, ifalarını, şəxsiyyətini
bu qədər doğma, səmimi və anlaşılan edən nədir?” və əlavə edir: “Böyük sənətin təsir mənbəyini izah etmək həmişə çətindir. Əlbəttə,
burada Tanrı möcüzəsini də
etiraf etmək lazım gəlir...”
Vaqif Bəhmənli kitabın girişində sözlərini
belə tamamlayır:
“Astroloqlar kəhkəşanda
planetlərdən birini
“Maqomayev” adlandırmışlar.
Tam əmin ola
bilərsiniz ki, o, planetin tərkibi istedad, idrak və zəhmətdən ibarətdir - adaşı Müslüm Maqomayevdə
olduğu kimi...”
Tanıdığımız qədər
tanımadığımız Müslüm Maqomayev
Kitabda Azərbaycan və Rusiyanın məşhur
opera və estrada
müğənnisi, bəstəkar,
SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin həyatı, sənəti barədə
yığcam və dolğun məlumat verilir.
Azərbaycanın mədəniyyət və musiqi tarixində eyni adı və soyadı daşıyan iki parlaq istedad
bəllidir. Baba və nəvə Müslüm Maqomayev.
Müəllif Azərbaycan opera sənətinə “Şah
İsmayıl” və
“Nərgiz” adlı iki əsər bəxş edən Müslüm Maqomayev haqqında ətraflı söz açır.
Baba Müslümün iki
oğlu olur: Camal və Məhəmməd.
“Bu kitabın
qəhrəmanı Müslümün
atası Məhəmməd
teatr rəssamı olur. Bakıda və Maykopda
tamaşalara quruluş
verdiyi bəllidir.
Məhəmməd Maykopda türk
qızı, teatr aktrisası Ayşətlə
tanış olur”.
Məhəmməd bu xanımla
evlənib Bakıya gəlir. İkinci Dünya müharibəsinin
başlanması Məhəmmədin
arzularını yarımçıq
qoyur, o cəbhəyə
yollanır. Oğlunun doğum
xəbərini də döyüş səngərlərindən
birində alır.
Məhəmməd 9 May - Qələbə
Gününə 9 gün
qalanda həlak olur.
“Həmin
ağır illərdə
Stalin təqaüdçüsü aktrisa Ayşət teatr karyerasını seçərək Vişnıy
Voloçyoka köçdü.
Öz həyatını
yaşayan Ayşət
ərə getdi...”
Körpə Müslüm əmisi
Cəmilin himayəsində
qalır.
İllər keçəcəkdi, balaca
Müslüm böyüyüb
erkən yaşlarında
şöhrət tacını
başına qoyacaq, milyonların kumirinə çevriləcək, seviləcək,
seviləcəkdi...
Nikolay Nadejdinin “Müslüm
Maqomayev. Uğurun sirri”
kitabında dünya şöhrətli müğənni
öz uşaqlıq və yeniyetməliyindən
isti və səmimi xatirələr danışacaq, əmisinin
bağındakı kino
qurğusundan söz açacaqdı.
Kitabda oxuyuruq: “Bəlkə də Müslüm ilk dəfə sənət tilsiminə bu filmləri izləyəndə
düşüb...”
İllər, uğurlar, alqışlar...
“...1956-cı ildə
Konservatoriyada təşkil
edilən bir konsertdə Müslümün
qeyri-adi səsindən
xəbər tutdular. Konservatoriyanın nəzdindəki musiqi
məktəbində vokal
sinfi yox idi. Müslüm fitri istedadı
və ürəyinin istəyi ilə ariya və romansları
ifa edir, eşidənləri heyrətə
salırdı. Müğənninin ilk ifası Pyotr İliç Çaykovskinin
“Mazepa” operasından parça olmuşdur.
Vokal sənətinin sirlərinə yiyələnmək
üçün istedadlı
yeniyetmə Asəf Zeynallı adına
Musiqi Məktəbində
təhsil alır”.
Uğurun başlanğıcı, sənətə
sonsuz sevgisi, qanadlı arzular Müslümü durmadan səsləyirdi...
“1963-1968-ci illər...
Beş illik Konservatoriya təhsilindən dərhal
sonra (o, Şövkət
Məmmədovanın sinfini
bitirib) Müslüm Maqomayev Milana, “La Skala” teatrındakı kursa yollandı.
“Kremlin Qurultaylar
sarayı - Şarl Qunun “Faust” operasından Mefistofelin kupletləri, Üzeyir Hacıbəylinin
“Koroğlu” operasından
Həsən xanın ariyası...
Tamaşaçılar
elə ilk illərdən
duyurdu ki, Müslümün bariton səsi heyrətamiz dərəcədə elastikdir,
böyük istedadın
ən sirli istəklərini, insan qəlbinin fövqəladə
təsirə malik çırpıntılarını ifadə etməyə qadirdir...”
1966-cı ildə o, Parisin Olimpiya teatrında uğurla çıxış
edir, 1968-1970-ci illərdə
Sovet İttifaqının
ən populyar müğənnisi kimi şöhrət tapır.
İki dəfə Kann
festivalında “Qızıl
val”la mükafatlandırılır.
Onun ifalarından ibarət albom 4 milyon tirajla yayılır.
Sopot şəhərində keçirilən
(1969) IX Beynəlxalq estrada mahnı ifaçılarının müsabiqəsində
iki nominasiya üzrə birinci yeri qazanır.
“1972-ci il. Müslüm 30 yaşındadır. Polşada olarkən qardaşlıq qəbiristanlığında atasının
məzarını tapır.
“Sonuncu akkord”
əsəri belə yaranır. Mahnıda
deyildiyi kimi:
Polşaya gətirib çıxardı
oğlu
bircə
yol görmək üçün atasını.
Ata yerinə
qərib
bir məzar tapdı oğul.
Baş əydi oğul
az
qala özüylə yaşıd olan
atasının
ruhu qarşısında...
“Maqomayev
planeti” kitabında Müslüm Maqomayevin həyatının ən kədərli və ən xoş anları zərif hislərlə qələmə
alınıb. Dünya şöhrətli
müğənninin görünməyən
tərəfləri yüksək
peşəkarlıqla işıqlandırılıb.
Kitabda oxuyuruq: “...Həyatının
50 ilini şöhrət
zirvəsində yaşayan
müğənni uzun
illər şəxsi evə sahib olmamış,
“Rossiya” mehmanxanasının
ən uzunömürlü
kirayəçisinə çevrilmişdir.
Onun bank hesabı, maşını
yox idi. Həyat prinsipi, “Gözləmə,
qorxma, heç kəsə əl açma” idi. Yaşamı musiqinin axarı, məkanı məşq zalı, konsert səhnələri,
restoranlar, otel odası, tənhalıq, siqaretlər...”
“Əbədiyyətin doğuluşu”
Kitabda həmçinin Vaqif
Bəhmənlinin ürəyinin
qanı və sonsuz kədəri ilə Müslüm Maqomayevin ölümünə
ithaf etdiyi “Əbədiyyətin doğuluşu”
poeması yer alır.
Bu, sıradan
bir poema deyil, Müslüm səsinə, Müslüm
sənətinə vurğun
olan, onun ölümü ilə barışa bilməyən
milyonların kədərinin,
hıçqırıqlarının, göz yaşlarının
ifadəsidir.
Proloq
Bu da sonu
möhtəşəm
və
sanki əbədi
harmoniyanın;
hönkürüb
ağladıqca
gözlərindən
səs
tökülür
Filarmoniyanın.
Heç kim Səsin
ölümünə inanmır.
Bu Səsin sahibi ölə bilməzdi...
...Və bütün Azərbaycan
üstünə
gələn
qara
xəbərdən
təntiyərək,
həm
də səsini
içinə
salıb
yıxıla-yıxıla
dura-dura
axırdı
ora.
Poemada ara-sıra ölməz Müslümün ilahi səsi onu sevənlərə
təsəlli verir...
Öz xoşuna
deyildi
kimsə,
ayrı
səsə
baş
qoşan
deyildi
kimsə
“Ömrümün
mənasısan,
anamın
anasısan,
Azərbaycan,
Azərbaycan...
Azərbaycan” -
deyə
haylayaraq
ucadan,
uşaqdan,
gəncdən,
qocadan
tutmuş
hər kəsi,
yəni
9 milyon səsi,
9 milyon nəfəsi
çağırırdı
Müslüm!
Hamı Müslümü, əslində
Səsi axtarırdı...
...Sükut dəryasının
dibinə
çökürdü
içi
sirlərlə,
sevgilərlə,
almazlarla,
brilyantlarla,
cəvahirlərlə
dolu
TİTANİK!
Müğənni
susur, şair dünyanın ən gözəl səsinin susmağı ilə barışa bilmir:
...İllər
qovar illəri
əlçatmaz
xəyal olar.
Müslümün
adına məzar
dönüb
bir royal olar...
Bu, Müslüm
əfsanəsinin sonu deyil.
...Epiloq
Müslümün
sükutunu
Tanrı pozar bu dəfə,
Bu dəfə tanrı oxuyar,
Hamı susar bu dəfə;
“Hər gecəm oldu kədər,
Qüssə, fəlakət sənsiz...”
“Maqomayev
planeti” kitabı böyük sənətkarın
həyatı və sənəti haqqında səsin işığında
yazılmış qiymətli
bir kitabdır. Kitabda müğənninin nadir fotoşəkilləri
çap olunub. Mətnlər Azərbaycan,
rus, ingilis dillərində oxucuya təqdim olunur.
“Maqomayev planeti” ilə yaxından tanış
olmaq istəyirsinizmi?
Təranə Vahid
Mədəniyyət.-
2013.- 12 aprel.- S. 8.