“Səyyar
kitab”
Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsi ilə “Hədəf Nəşrləri”nin
birgə gerçəkləşdirdiyi “Səyyar kitab” layihəsi
çərçivəsində növbəti sərgi-yarmarkalar
keçirilib. Martın 29-da Binə Mədəniyyət
Sarayının qarşısında, aprelin 1-də isə
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunda təşkil olunan sərgilərdə 1000-dən
çox adda Azərbaycan, ingilis, türk və rus dillərində
kitablar təqdim olunub. Yüzlərlə kitabsevərin
qatıldığı tədbirlərdə nəşrlərin
güzəştli qiymətlərlə satışı ilə
yanaşı, “Bir kitab alana bir kitab hədiyyə”
kampaniyası da keçirilib.
Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda
keçirilən sərgi-yarmarkada həmçinin detektiv
yazarlar Elxan Elatlının "Seçilmiş cəza" və
Müşfiq Xanın "Sonuncu hədiyyə" adlı
yeni romanlarının təqdimat və imza mərasimi olub.
İnstitutun rektoru, professor Asif Zamanov həmmüəllifi
olduğu “Özünü tanı” kitabını oxuculara
imzası ilə təqdim edib və layihənin əhəmiyyətindən
danışıb.
Yazıçılar Şəmil
Sadiq və Sevindik Mehman da “Səyyar kitab” sərgi-yarmarkalarının
kitabın təbliğinə töhfə olduğunu
vurğulayıblar.
“Səyyar kitab” sərgi-yarmarkasının
növbəti dayanacağı 12 aprel (saat 11-18) tarixində
Qaradağ rayonu Ə.Əmirov adına Mədəniyyət
Sarayı olacaq. İştirak etmək istəyən şəxslər
və ya təşkilatlar “kitabevim.az” saytı vasitəsilə
əlaqə saxlaya və sərgilər barədə ətraflı
məlumat ala bilərlər.
Mədəniyyət.-
2013.- 3 aprel.- S. 5.