“O
musiqi səslənəndə
ağıllara Azərbaycan gəlir”
İlham Nəzərov:
“İtaliyada təhsil almaq
uşaqlıqdan arzum olub”
Onun repertuarında italyan, fransız, alman, rus, ingilis, eston, Azərbaycan bəstəkarlarının əsərlərini zövqlə dinləmək olar. Bir çox dünya şöhrətli opera ifaçılarından - Alla Simoni, William Matteuzzi, Mariella Devia, Antonio Juvarra, Sonia Prina, Cristina Muti, Raina Kabaivanskaya, Franco Fagiolidən dərs alıb. Adları tarixə düşmüş dirijorlar - Antonio Greco, Carlo Goldstein, Stefano Demicheli, Jacub Klecker, Alejo Perez və digərləri ilə tamaşa və konsertlərdə çıxış edib. Azərbaycan Dövlət Opera ve Balet Teatrında Ü.Hacıbəylinin “Leyli ve Məcnun” operasında Nofəl, R.Leonkavallonun “Təlxəklər” operasında Silvio, V.Motsartın “Sehrli fleyta”sında Papageno, C.Puccininin “Canni Skikki” operasında Betto di Sinya, Sergey Raxmaninovun “Aleko”sunda Aleko rolunu ifa edib. Heydər Əliyev Sarayında tamaşaya qoyulan R.Koççantenin “Notre Dame de Paris” müziklində Kvazimodo, Firəngiz Əlizadənin “İntizar” operasında Yad adam obrazlarını canlandırıb...
Oxucunu daha çox intizarda saxlamayıb müsahibimizi təqdim edirəm: İlham Nəzərov. 1985-ci ildə anadan olub. Musiqiyə gəlməyinin səbəbi isə Tanrının bəxş etdiyi səsdir. İlham Nəzərov olduqca nadir səs sayılan iki səs tembri ilə (bariton və kontrtenor) ifa edən opera ifaçısıdır. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyanın Ozimo şəhərində yerləşən D'Arte Lirica Akademiyasında kontrtenor səs tembri üzrə təhsil alır. Müsahibim bizə təhsilindən, bu günündən, gələcək planlarından danışdı.
- Necə oldu musiqiyə gəldiniz? Ailənizdə musiqiçi varmı?
- Ailəmizdə və qohumlarım arasında musiqiçi yoxdur, ilk mənəm. Hər şey orta təhsildən başladı. Bülbül adına orta ixtisas məktəbində təhsil almışam. Öncə xanəndəlik, sonra vokal sinfində təhsilimi davam etdirdim. Bakı Musiqi Akademiyasında vokal üzrə bakalavr, daha sonra magistr təhsilini başa vurdum. İş həyatına da ali təhsil aldığım illərdə başladım. Musiqili Komediya Teatrında, Dövlət Filarmoniyasının nəzdindəki mahnı və rəqs ansamblında, daha sonra Dövlət Xor Kapellasında çıxış etdim, “Üns” yaradıcılıq səhnəsi fəaliyyətə başladığı vaxtdan isə orada çalışıram.
- Xarici ölkədə təhsilinizi davam etdirmək istəyi haradan yarandı?
- İtaliyada təhsil almaq
uşaqlıdan arzum idi.
Lakin ailəmin buna maddi imkanı
olmayıb. Demək ki, arzuların
reallaşdığı anlar
da olur. Buna can atmaq lazımdır.
Dövlətimizin dəstəyi ilə
mənə bu imkan verildi. Hazırda oxuduğum D'Arte Lirica Akademiyasına qəbul olmaq da çətindir. Oraya Türkiyə, Ukrayna, Meksika, Yaponiya, Koreya, Almaniya, Braziliya kimi ölkələrdən
olduqca istedadlı insanlar təhsil dalınca gəlirlər. Akademiya dünyada ad qazanmış,
sayılıb-seçilən təhsil ocağıdır.
Onu da deyim ki,
qəbul olunmaq hələ məzun olacağının qarantı
deyil. Çünki növbəti təhsil
ilinə keçmək
üçün müəllimlər
rəy yazırlar və nəticələrə
əsasən sən ya təhsili davam etdirirsən, ya da akademiyanı
tərk edirsən.
Amma mən öhdəsindən
gələ bildim.
- Ora getmək üçün
burada ali
təhsil almanız şərtdirmi?
- D'Arte Lirica Akademiyasına səsi hazır olan, vokalı bilənləri qəbul edirlər. Orada musiqinin ibtidai
təhsilini vermirlər,
professionallığı təkmilləşdirirlər.
Təhsilimin üçüncü ilidir. İyun ayında bitirib
qayıdıram. Akademiyada
hər ilin öz qayda-qanunları var.
Birinci il
hazırlıqdır. Qəbul
olunanlar birinci il italyan
dilini öyrənirlər.
Daha sonra vokal dərsləri
başlayır.
- İlk
getdiyinizdən bu günə qədər sizi təəccübləndirən
nə oldu? Hər halda Azərbaycanda ali
təhsil almısınız
və işləmisiniz...
- Məni daha çox təəccübləndirən akademiyanın sərt qaydaları oldu. Əgər burada 45 dəqiqəlik bir ariyanı bir aya öyrənirəmsə,
orada bunun üçün sənə
bir həftə vaxt verirlər. Akademiyada hər tələbəyə
fərdi yanaşırlar.
Hər hansı qəlib yoxdur. Bizim alətimiz də
səsimizdir. Onlar səsin
formalaşmasına fərdi
baxırlar. Bundan başqa,
səsi ağılla nəzarətdə saxlamağı
bacarmaq lazımdır.
Gözəl səs vacibdir,
lakin daha vacib olan səsi
idarə etməkdir.
- Sərt qaydalardan danışdınız.
Sənət adamları adətən
azad ruhlu və həssas olurlar. Oranın ortamı sizi
yormadı ki?
- Geri qayıda
bilməzdim, dövlət
tərəfindən mənə
etimad göstərilmişdi.
Həmçinin nəyisə çox
istədikdə ona dözürsən. İnsana şans
bir dəfə verilir. O şansı
maksimum dəyərləndirmək
lazımdır. Təbii ki,
çətinliklər çox
olur. Başqa mühit, tanış
olmayan insanlar. Burdan getdiyimdə düşünürdüm,
italyan dilini bilirəm. Ancaq yanılırmışam.
- İtalyan
dili opera dilidir. Təbii ki, burda italyan
dilinə bələd
idiniz. Lakin bu dildə daim danışmaq, ünsiyyətdə olmaq
tam başqadır. İtalyan
dilində sevdiyiniz kəlməni bizə deyin.
- Akademiyada mənə “İlham, sei la nostra stella”
deyirlər. Tərcüməsi “İlham, sən
bizim ulduzsan!” deməkdir. Yəqin ki, yaddaşımda
ən çox qalan bu olacaq.
Çünki bu sözü
daha çox sənətə olan qiymət kimi dəyərləndirirəm. O qədər əziyyətin
qarşısında bu
cür sözlər eşidəndə insan həvəslənir.
- Akademiyada başqa ölkələrdən
olan tələbələrlə
aranız necədir?
- İspaniya,
Meksika, Ukrayna, Qazaxıstan, Estoniya və s. ölkələrdən
xeyli dostlar qazandım. Bir də onu deyim ki, düzgün
insanlarla qarşılaşdığımda,
ünsiyyətdə olduqda
milliyyətindən asılı
olmayaraq dostluq, yoldaşlıq edə bilirəm.
- Musiqimizi, sənətimizi orada təbliğ edirsiniz, bu, məlum məsələdir. Bəs mədəniyyətimizi
onlara aşılayırsınızmı?
- Milli yeməklərimizi bişirirəm.
Artıq
Azərbaycan plovunun, dolmanın dadına baxıblar, çox bəyəniblər. Bizim adətlərimiz
də onlara maraqlıdır, öyrənirlər.
Mentalitetimizdən, məişət qanunlarımızdan danışıram.
Qarşılıqlı olaraq mən
də onlardan öyrənirəm. Maraqlı fikir
mübadiləsi gedir.
- Bizə bir qədər İtaliyadan danışın.
Azərbaycanlılar bu
ölkəni çox
sevirlər...
- Gözəl ölkədir. İtalyanlar da bizə çox oxşayır.
Bizim kimi istiqanlıdırlar.
Lakin şimal bölgəsinin insanları soyuqqanlı olur. Milanda yaşayanlar zövqlü
geyimə üstünlük
verirlər. Romada isə
insanlar istiqanlı və mehribandırlar.
Kömək etməyə çalışırlar
hər zaman. Mən yaşadığım vilayətdə
də insanlar soyuqqanlıdır. Ona görə
Romanı daha çox sevirəm.
- İtaliyada
opera səhnəsində çıxışlarınız
olub?
- Roma Opera Teatrında
çıxış edən
azərbaycanlı opera ifaçılarından
biri də mənəm. Yanvar ayında D.Şostakoviçin
“Burun” operasında
Mayor obrazını canlandırdım. Tamaşada
Rusiyadan, Ukraynadan, İspaniyadan solistlər iştirak edirdilər. Onlarla bir yerdə səhnə bölüşmək
olduqca məsuliyyətli
və zövqlüdür.
Şostakoviçin musiqisi olduqca
çətindir. “Burun” operasında isə musiqi və vokal bir-birindən
fərqlənir. Gərgin məşqlər
gedirdi. Nəticə uğurlu alındı.
Bundan başqa, 2012-ci ilin
iyul ayında İtaliyada dünya musiqi festivalları arasında möhtəşəmliyi
ilə seçilən
38-ci “Della Valle D’itria” festivalında
çıxış etmişəm.
Orada Luici Rossininin “Orfeo” operasında baş rolu - Orfeo obrazını canlandırmışam. Bu günlərdə, aprelin
6-da isə Çexiyada,
Janackovo Opera Teatrında
Benjamin Brittenin “A Midsummer Night’s Dream” operasında baş rolu ifa edəcəyəm.
Bu yaxınlarda Vyana şəhərində
məşhur estoniyalı
bəstəkar Avro Partın
“Stabat Mater” əsərini
ifa etmişəm.
Dəvətlər olur. Çalışıram yararlanım.
- İtaliyada
Azərbaycan musiqisi ifa edirsinizmi?
- Akademiya tələbələri arasında
hər ölkənin musiqisi üzrə müsabiqə keçirildi
və Azərbaycan musiqisi ikinci yerə çıxdı.
Xalq mahnısı “Sarı gəlin”i ifa etdim. Təəssüf ki, milli alətlərlə ifa edə bilmədim. Lakin pianonun müşayiəti
ilə maraqlı ifa alındı. Artıq Akademiyada o musiqi səslənəndə ağıllarına
yalnız Azərbaycan
gəlir və tələbələr bu musiqini tez-tez zümzümə də edirlər. Bu, məni çox sevindirir.
- Təhsili bitirdikdən sonra planlarınız?
- Orada müxtəlif təkliflər alıram. Lakin yayda Bakıya qayıdacağam, sentyabrdan da Akademik Opera və Balet Teatrında, Xor Kapellasında fəaliyyətə başlayacağam. Tələbələr yetişdirməyə çalışacağam. Dəvətlər olduqda xarici ölkələrə gedəcəyəm. Tamaşanı oynayıb geri qayıdacağam. Öz musiqimizə xidmət edəcəyəm.
Reyhan İsayeva
Mədəniyyət.-
2013.- 3 aprel.- S. 10.