Qum, əllər və ürək

 

   Qum sənətinin öz fəlsəfəsi var

  

   Tarixən insanlar emosiya və hisslərini müxtəlif yollarla ifadə etməyin orijinal yollarını axtarıblar. Nəticədə maraqlı sənətlər, yeni üslublar meydana gəlmişdir. Qum sənəti XX əsrdə formalaşan maraqlı və eyni zamanda təqdimat texnikasına görə fərqli bir sənət növü kimi diqqəti cəlb edir.

  

   Son illər Azərbaycanda da qum sənətinə maraq artıb. İnternet məkanında axtarış aparanda azərbaycanlı rəssamların da əl işlərinə rast gəlinir. “Tanıdım səni” televiziya layihəsinin qalibi Lalə Hüseynzadənin, Rəna Nərimanovanın və başqalarının əl işlərini izləmək mümkündür. Demək olar ki, ölkəmizdə bu sənət tədricən təkmilləşmə mərhələsinə keçməkdədir.

   Şövkət İsmayılova rəssam olsa da, qum animasiyası üslubunda işləməyə daha çox üstünlük verir. Röyalar dünyası” dərnəyində həvəskarlara bu maraqlı incəsənət növünü öyrədir. Şagirdləri əsasən 3-16 yaş arası uşaq və gənclər olsa da, orta yaşlı insanların da bu sənətə maraq göstərdiyini deyir:Qum sənəti dünyanın müxtəlif ölkələrində inkişaf edib. Bizdə son illər bu sahəyə maraq artıb. İlk əl işimiÇirkin ördək balası” nağılı əsasında hazırlamışam. Bu nağıl personajının qayanın içindən çıxıb gözəl qu quşuna çevrilməsini əks etdirməyim maraqla qarşılandı. Bundan sonra həvəsim daha da artdı”.

   Ş.İsmayılova deyir ki, dərnəkdə digər sənət növləri ilə yanaşı, qum sənətinin də metodikası öyrədilir: “Bu sənətin xüsusi metodikası var. Fantaziyanın geniş olmasının da önəmi böyükdür. Bu sənətdə hansı səviyyədə söz deməsi isə rəssamın özündən, bacarıq və istedadından asılıdır”.

   Psixoloqlar da razılaşırlar ki, qum animasiyası gələcəkdə uşağın istedadına təkan ola bilər. Narahatlığı, mənfi emosiyaları götürən bu sənət növü vizual yaddaşı yaxşılaşdırmaqla uşaqların əqli inkişafına da müsbət təsir edir. Və ən əsası, onlara “işıqlı qutu” qarşısında fikirlərini cəmləyərək öz dünyasını ifadə etmək şansı verir. Bəs qum animasiyası nədir, harada yaranıb nəyi ifadə edir?

 

   Sınaq təcrübəsindən yaranan sənət

  

   “Sand animation” (“qum animasiyası”), yəni qum multiplikasiyası 1960-70-ci illərdə yaranıb. Bu üslubda rəsm yaratmaq ideyası kanadalı rejissor Karolin Lifə məxsusdur.

   Onun icad etdiyi innovasiyalı əl işi multiplikasiya texnikalarında inkişaf edən süjet xəttinin emosional məzmunları ilə verilməsi üçün əla fürsət idi. O, işıqlı qutudakı təsvirlərin alınmasında çimərlik qumundan istifadə edirdi bu, heç pis alınmırdı.

   Kembricdə, Massaçusets ştatındakı Radcliffe Kollecində, Harvard Universitetində tələbə olarkən o, 1968-ci ildə canlandırılan filmlər çəkməyə başladı. Bu film texnologiyası nisbətən ucuz başa gəlirdi.

   Humanitar elmlər kollecləri universitetlərdə kino istehsalını öyrənən K.Lifin birinci filmi, “Sand, Piter Canavaroldu. İşıq qutusu üzərinə tökülən yerli sahil qumu ilə alındı. Onun barmaqları ilə aşağıdan işıqlandırılan idarə edilən filmin qara-ağ siluetləri tutqun dünyada hərəkət edirdi. Kamera qutunun yuxarı hissəsində bərkidildi. Bu, başlanğıc idi Lif tədricən canlandırmağın növlərini inkişaf etdirdi. O, hərəkətin hissini yaratmaq üçün təsvirləri ani dəyişdirə bilirdi.

  

   Heç bir əsər təkrarlanmır

  

   Qum sənəti işıqlandırılan bir masada qumla həyata keçirilən rəsm sənətidir. Hirs, rəhm sevgi kimi emosiyaları ifadə etmək üçün əl hərəkətlərinin, barmaqların geniş imkanları var. Hərəkətli əllərlə qumun insan dəyişik fiqurlara çevrilməsi izləyicini heyrətləndirməyə bilmir.

   Qum sənəti həyatın, dünyanın, bütövlükdə kainatın faniliyinin əsrarəngiz incəsənət sehri ilə insanlara diktə edir. Bir çox hallarda düşündürür. Yaradanı dərk etməyə çağırır...

   Tamaşaçı izləyir... Sürətli əl hərəkəti işıqlanan masa üzərində mərhələli şəkildə yaranan valehedici, gözoxşayan, bəzən isə tamaşaçıları ayağa durub alqışlamağa vadar edən təsvirlər... bütün bunlar anidən yoxa çıxa bilir. Yerinə daha mükəmməl təsvir yaranır, daha zəifi . Önəmli məqam əvvəlki əl işinin heç vaxt təkrarlanmamasıdır. O gözəllik - yaranan sənət işi ən yaxşı halda yaddaşlarda, videolarda, fotolarda yaşayacaq. Bəlkə ona bənzəyən onlarla əsərin çəkilməsi prosesi təkrarlanacaq. Amma eyni əsərin eyni təkrarı olmayacaq. Çünki hər əl işinin, hər gözəlliyin öz ruhu var.

  

   İşıq musiqi vacib amildir

  

   İşıq musiqi qum sənəti yaradıcılığında vacib elementlərdir. Hər ikisi əsərin daha da təsirli olmasına səbəb olur cəlbedici bir atmosfer yaradır. İş prosesi şəffaf stolun rəngarəng işıqlandırılması ilə aparılır. Rəssamın, sənətkarın əl hərəkəti, yaranan təsvirlər yuxarıdan izlənilir. Bu işlə məşğul olan insanların bir çoxları etiraf edirlər ki, musiqi seçimi doğru olanda bu, əl işinin keyfiyyətinə təsir edir. Buna görə çox vaxt təsvirlə ahəng yaradan musiqi seçilir. Çünki musiqi daxili fantaziyaları sürətli əl hərəkətləri ilə ortaya çıxarmaqda sənət əsərinin yaranmasınayardımçıolur.

  

   Hər şey müvəqqəti, hər şey keçicidir

  

   Qum sənətinin dünyaca tanınmış ustalarından biri israilli rəssam İlana Yahavdır. Onun bu sənətə yeni nəfəs, yeni rəng gətirdiyini deyənlər yanılmırlar. Onun işlərinin videoları internet məkanında milyonlarla insan tərəfindən baxılır bu maraqlı incəsənət növü hər kəsi valeh edir. Rəssam işlərində sülh mövzularına daha çox üstünlük verir. Tamaşaçıda müsbət duyğular oyatmaqla sülh, qardaşlıq ideyalarını yaymağa çalışır. O, özü belə deyir: “Təbii sadə vasitələrdən istifadə edərək emosiyalardan istifadə edib hekayə yaratmaq gözəl duyğudur. Bu sənətin ecazkarlığı insanları özünü dünyanı dərk etməyə çağırır. İnsan hər şeyin müvəqqəti olduğunu biləndə, günah pisliklərdən çəkinmək barəsində düşünür.

   Məktəbə gedən yolum Aralıq dənizinin sahillərindən keçirdi. Mən qum üzərində öz şəxsi hekayələrimi, qumda bir növ canlı gündəliyimi çəkərdim. Bu, çox sürətli alınırdı. Bəzən bitməmiş, bəzən tam alınanda dalğa gəlib hər şeyi məhv edirdi. Mən tamamilə ovsunlanardım. Qum üzərində rəsm yox olana qədər dayanar müşahidə edərdim. düşünürdüm ki, hər şey müvəqqətidir, hər şey keçicidir...”

  

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2013.- 3 aprel.- S. 12.