Uca aşırımın o
tayında
Kəlbəcərin
işğalından 20 il ötdü
Aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20 ili tamam oldu. İşğalçı ordunun 1993-cü il martın 27-də başlanan hücumu bir həftə sonra Kəlbəcərin süqutu ilə nəticələndi, 60 minə yaxın insan yurd-yuvasından didərgin düşdü, 130 yaşayış məntəqəsi (Kəlbəcər şəhəri, İstisu qəsəbəsi, 128 kənd) talan edildi. Kəlbəcər Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən kənarda işğal olunan ikinci rayonu (1992-ci ilin mayında zəbt edilən Laçından sonra), Ermənistanla sərhəddə mühüm strateji bölgə idi.
Azərbaycanın qərbində kiçik Qafqazın ətəklərində, dəniz səviyyəsindən 1500-3800 m yüksəklikdə Tərtər çayı vadisində yerləşən Kəlbəcərin adının mənası «yüksək yer», «uca aşırım» deməkdir. Kəlbəcər inzibati rayon kimi 1930-cu il avqustun 8-də təşkil edilmişdi. Ərazisi 1936 kvadratkilometrdir.
Bu dağlar diyarı zəngin tarixi-mədəni irsi, təbii sərvətləri, mineral çeşmələri ilə məşhur idi. Rayonda dünya şöhrətli müalicəvi turizm mərkəzi - İstisu kurortu yerləşirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi.
Rayonun \"Qaragöl\", \"Zalxa\" gölləri sahillərində, \"Ayıçınqıl\" və \"Pəriçınqıl\" dağlarındakı qayaüstü təsvirlər bu diyarın qədim yaşayış məskəni olduğunu sübut edir. 1976-cı ildə qayaüstü təsvirlərin yerləşdiyi ərazidə aparılan qazıntılar zamanı e.ə. III minilliyə aid qədim yaşayış məskəninin qalıqları aşkarlanmışdı.
Kəlbəcər
qədim tarixi abidələri, o cümlədən alban məbədləri
ilə tanınırdı. Onlardan ən böyüyü Vəng kəndi ərazisindəki
Xudavəng məbəd kompleksidir. Abidə VI-VII əsrlərdə alban
knyazı tərəfindən tikilib.
Çərəkdar kəndində Alban
kilsəsi (Həsən Camal kilsəsi),
Qanlıkənd ərazisində Lök
qalası, Qaraçanlı kəndində Uluxan
qalası, Tərtər çayının Bulanıq
çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində
Qalaboynu qalası, Comərd
kəndində Comərd qalası, Camışlı kəndində
Keşikçi qalası, Kəlbəcər
şəhərində məscid, Başlıbel kəndində
məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq
kəndində Tərtər çayı üzərindəki
Tağlıdaş körpüsü, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı
tarixi abidələr kimi
qeydə alınmışdı. Rayondakı
tarix-diyarşünaslıq muzeyinin zəngin
fondu vardı. 20 il əvvəl
işğal altında qalan
bu tarixi-mədəni sərvət
dağıdılaraq talan edilib.
Mədəniyyət.-
2013.- 3 aprel.- S. 16.