Mahnı
Teatrında ulu öndərin 90 illiyi ilə bağlı tədbir
Ulu öndər Heydər Əliyevin
90 illik yubileyi ilə əlaqədar Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsi tərəfindən keçirilən
silsilə tədbirlərə start verilib.
Aprelin 4-də R.Behbudov adına
Mahnı Teatrında paytaxtın Yasamal rayonunun mədəniyyət
müəssisələri tərəfindən ilk mərasim
keçirildi. İştirakçılar əvvəlcə Fəxri
xiyabanda ümummilli liderin və görkəmli oftalmoloq alim,
akademik Zərifə xanım Əliyevanın məzarlarını
ziyarət etdilər.
Mahnı Teatrında təqdim olunan
konsert proqramından öncə çıxış edən
Bakı Şəhər Mədəniyyət və Turizm
İdarəsinin rəisi Əlikram Əliyev yubileylə
bağlı hazırlanan tədbirlərdən
danışdı. Bildirildi ki, aprelin 5-də Dövlət
Filarmoniyasında Səbail rayonunun tədbiri baş tutacaq.
Ümumilikdə paytaxtın bütün rayonlarının
yubileylə bağlı tədbirləri olacaq. Bundan əlavə,
sərgi və konfransların da keçirilməsi nəzərdə
tutulub. Digər böyük tədbir Rusiyanın
Çelyabinsk vilayəti ilə birgə təşkil olunacaq.
Çelyabinsk sənətçiləri ilə Azərbaycanın
incəsənət ustaları birgə çıxış
edəcəklər. Ulu öndərin 90 illiyi ilə əlaqədar
Çelyabinskdə keçirilən festivalın qalibləri
Bakıya gələcəklər.
Çalışırıq ki, yubiley tədbirləri ulu
öndərin adına layiq, böyük bir təntənə
ilə qeyd olunsun”.
Konsert proqramında xalq artistləri
Mənsum İbrahimov, Ağadadaş Ağayev, Əməkdar
artist Lalə Məmmədova, Opera və Balet Teatrının
solisti Arzu Əliyeva, Abbas Mirzə Şərifzadə adına
mədəniyyət mərkəzinin, Vaqif Mustafazadə
adına 2, Əhməd Bakıxanov adına 6, Kövkəb Səfərəliyeva
adına 16 və Niyazi adına 22 nömrəli musiqi məktəblərinin
şagirdləri çıxış etdilər. İ.Əbilov
adına “Vurğun” teatrı kollektivinin ifasında Xalq
şairi Zəlimxan Yaqubun “Azadlıq heykəli”, “Qalibiyyət
qatarı” əsərləri əsasında
hazırlanmış ədəbi-bədii kompozisiya
nümayiş olundu.
Lalə
Azəri
Mədəniyyət.-
2013.- 5 aprel.- S. 2.