Heydər Əliyev Azərbaycan folkloru

 

  Milli Kitabxanada elmi-praktik konfrans

  

   Aprelin 3-də M.F.Axundzadə adına Milli KitabxanadaHeydər Əliyev Azərbaycan folklorumövzusunda elmi-praktik konfrans keçirildi. Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi Milli Kitabxananın birgə təşkil etdiyi tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdu.

   Konfransda nazirliyin Nəşriyyat, reklamın təşkili informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub, AMEA Folklor İnstitutunun əməkdaşları, tanınmış aşıqlar, alimlər, ziyalılar iştirak edirdilər.

   Əvvəlcə tədbir iştirakçıları ulu öndərin həyat fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış oldular.

   Konfransı Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq ümummilli liderin 90 illik yubileyi ilə bağlı, digər mədəniyyət ocaqlarında olduğu kimi, kitabxanada silsilə tədbirlərin nəzərdə tutulduğunu bildirdi. Böyük öndərin Azərbaycan xalqının, mənəvi dünyamızın ən qiymətli sərvəti olan folklorun, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına verdiyi tarixi töhfələrdən danışdı.

   Xalq şairi Zəlimxan Yaqub dünya şöhrətli siyasi xadim, böyük şəxsiyyət Heydər Əliyevin aşıq sənətinə daim böyük diqqət qayğı ilə yanaşdığını vurğuladı, ulu öndərlə bağlı xatirələrini bölüşdü. Bildirdi ki, ümummilli lider böyük şəxsiyyət olmaqla yanaşı, idarəçilik sahəsində fenomen bir insan idi. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, folklorunun milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında onun əvəzsiz xidmətləri var. Ölkəsinə, vətəninə bağlı olan dahi öndər bütün mənalı həyatı boyu ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına, təbliğinə çalışıb.

   Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev Azərbaycan xalqının tarixində böyük izlər qoymuş dahi şəxsiyyətin dövlətimiz qarşısında əvəzsiz xidmətlərindən söz açaraq bildirdi ki, Heydər Əliyev həyatını Azərbaycan xalqının tərəqqisi rifahına həsr edib. Xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas edilib. Heydər Əliyev həmişə aşıq sənətinə, ədəbiyyatımıza qayğı göstərib, alimlərimizin, yazıçı klassiklərimizin yubileylərinin qeyd olunmasına daim böyük diqqət yetirib.

   AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılov, Aşıq İsfəndiyar, Əli Rza Xələfli, professor İsmayıl Məmmədli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəzail Miskin çıxış edərək dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşdü, onun tarixi köklərimizə, türk dünyasının qədim eposlarına, folklorumuza daim yüksək qiymət verdiyini xatırlatdılar.

   Çıxışlarda vurğulandı ki, ulu öndərin müvafiq sərəncamına əsasən, 1998-ci ildə Azərbaycan xalqının tarixini, milli köklərini özündə əks etdirənDədə Qorquddastanının 1300 illiyi dünya səviyyəsində qeyd edilib, 2003-cü ildə AMEA-nın Folklor İnstitutu yaradılıb. Onun mədəniyyət, ədəbiyyat sahəsində apardığı siyasət bu gün davam etdirilir. Bu sahədə çalışan insanlar qayğı ilə əhatə olunublar. Mədəniyyətimizin inkişafına diqqət qayğı nəticəsində mədəni irsimiz, incəsənətimiz, o cümlədən Azərbaycan aşıq sənəti dünya miqyasında tanınır, 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Aşıq sənətinin təbliği istiqamətində Mədəniyyət Turizm Nazirliyi tərəfindən böyük layihələr həyata keçirilir. Tarixlərdən ötüb keçərək bu günədək gəlib çıxan aşıq yaradıcılığı hazırda yeni inkişaf dövrünü yaşayır dünya səhnələrinə çıxır.

   Konfransda təqdim olunmuş məruzələrdə ulu öndərin Azərbaycanın zəngin folklor nümunələrinin qorunub saxlanılması inkişaf etdirilməsinə diqqət qayğısı konkret faktlarla iştirakçıların nəzərinə çatdırıldı.

  

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2013.- 5 aprel.- S. 4.