Sənət dünyasının unudulmaz sakini

 

   Azərbaycan teatrkino sənətində səhnə və ekran hadisələrini real həyat faktı kimi təqdim edən, yaratdığı maraqlı, dolğun rolları tamaşaçıların həmsöhbətinə çevirən istedadlı aktyorlarımızdan biri də respublikanın Xalq artisti Əli Zeynalovdur.

   O, hələ kiçik yaşlarından teatra maraq göstərib. Səhnə onun üçün, sözün əsl mənasında, sirlərlə dolu bir məkan idizaman keçdikcə o, özübu məkanın sakini oldu.

  

   Səhnəyə məhəbbət

  

   Əli Yusif oğlu Zeynalov 1913-cü il aprelin 4-də Salyanda anadan olub. Atası uzun illər pedaqoji fəaliyyət göstərib. Əli Zeynalov da Pedaqoji Texnikumu bitirdikdən sonra bir müddət pedaqoji fəaliyyət göstərib. Lakin teatra, aktyorluğa olan marağına görə tədricən müxtəlif dərnəklərə üzv yazılıb. Teatr Texnikumunu bitirdikdən (1934) sonra isə bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib. Şəki Dram Teatrında, İrəvan Azərbaycan Teatrında çalışıb. Sənət aləmində az vaxtda şöhrət qazanan, tamaşaçıların sevimlisinə çevrilən Əli Zeynalov 1945-ci ildə Milli Dram Teatrına dəvət alıb. Burada çalışdığı 30 il ərzində aparıcı rollar oynayıb. Yerlixarici dramaturqların əsərlərinin tamaşalarında yaratdığı Elxan (“Od gəlini”), Eyvaz (“1905-ci ildə”), Antoni (“AntoniKleopatra”), Fərhad (“Fərhad və Şirin”), Həsənzadə (“Sən həmişə mənimləsən”) və başqa bənzərsiz rolları ilə geniş rəğbət qazanıb.

   Əli Zeynalov novator pedaqoq aktyor idi. Ümumiyyətlə, o vaxtlar teatra gələn gənclərin ədəbi mühitə, klassik ədəbiyyata olan maraq sevgisi sayəsində tamaşaya qoyulan əsərlərin ideya-məzmunu dəqiq açılır, səhnə taleyi uğurlu olurdu. Ziyalı, intellektual səviyyəli aktyorların ifasında obrazların məramı aydın göstərilirdi. Bu mənada Əli Zeynalovun Milli Dram Teatrında yaratdığı obrazlar sənət məfhumunu aliləşdirir, teatrın insan həyatındakı əvəzolunmaz yerini müəyyənləşdirirdi.

   Əli Zeynalov Milli Dram Teatrında uzun illər görkəmli teatr rejissoru Tofiq Kazımovla bir yerdə işləyib, peşəkar teatr bilicisindən kifayət qədər sənət stimulu alıb. Zəngin dünyagörüşünə malik aktyorun dərin həyat müşahidəsi, mütaliəsi imkan verirdi ki, teatr kinoda fərqli mizanda təqdim etdiyi rolları orijinal yaratsın, yüksək səviyyəli tamaşaçı zövqü formalaşdırsın. Səhnə fəaliyyəti boyu imzasını teatr tarixinə şərəflə yazan ustad sənətkar teatrdan 1975-ci ildə ayrıldı yaradıcılıq taleyini C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyası ilə bağladı.

  

   Kino fəaliyyəti

  

   Əli Zeynalov milli kinomuzda 40-a yaxın filmdə çalışıb. 9 bədii filmdə irili-xırdalı, müxtəlif xarakterli rol oynayan aktyor 30 (25 bədii, 5 sənədli) filmi valehedici, ifadəli səs tembri ilə səsləndirib. Ona əsasən sənədli filmlərdə mətn oxumaq, bədii filmlərdə isə baş ikinci planlı rolları səsləndirmək həvalə olunub.

   Sənətkarın həyat mövqeyi, insanlara səmimi münasibəti, gözəlliyi dəyərləndirən, əməlisalehliyi təbliğ edən, riyakarlığı pisləyən cəhətləri oynadığı rollardan da aydın görünürdü. Onun kamil, məzmunlu yaradıcılığında hətta dövrün inkişafına, insanların həyat tərzinə mane olan mənfi cəhətli prototipləri ifşa edən müdrik səsində belə nəsihətverici ideyalar duyulurdu. Gec-gec dəvət aldığı kinoda da özünəməxsus bir dünya yaratmağı, qəlbləri fəth etməyi bacarırdı.

   İstedadlı aktyorun kino fəaliyyəti 1948-ci ildə çəkilənAxşam konserti” (rejissor M.Dadaşov) sənədli filmi (mətn oxuyan) ilə başlayır. Yüksək danışıq mədəniyyəti rejissorların diqqətindən yayınmır. Bu filmdən sonra onun yaradıcılığının əsasını təşkil edən maraqlı dublyaj fəaliyyəti başlayır.

   Ümumiyyətlə, Azərbaycan dublyaj sənətinin inkişafından danışarkən Əli Zeynalovun bu sahədəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Çünki keçmiş ittifaq məkanında xarici ölkələrdə nümayiş etdirilən filmlərimizin çoxunun məna çalarları onun unikal səs tembrində açılıb, sevilib. Mülayim səsə, təmiz diksiyaya, mükəmməl səhnə danışığı qabiliyyətinə malik olan sevimli aktyor eyni zamanda bədii qiraət ustası kimi şöhrət qazanmışdı. Uzun illər Dövlət İncəsənət İnstitutundasəhnə danışığıfənnindən dərs deyən Əli müəllimin tələbəsi olmaq üçün yalnız sənət mühazirələrini dinləmək lazım gəlmirdi. Novator aktyorun ziyalılığını təcəssüm etdirən səhnə mədəniyyəti, ibrətamiz həyat mövqeyi dublyaj etdiyi obrazlarda da hiss olunurdu.Möcüzələr adası”nda Nazim, “O olmasın, bu olsun”da Sərvər, “Qara daşlar”da Tahir, “Liftçi qız”da rəssam, “Mən ki, gözəl deyildimfilmində İmran başqa personajların həyat tərzini mənəviyyatını məhz Əli müəllimin səsində tanıdıq, izlədik.

   Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda keçmiş ümumittifaq məkanında böyük şöhrət qazanan Xalq artisti Nodar Şaşıqoğlunun ekran obrazlarının çoxunu Əli Zeynalov səsləndirib. Mehdi (“Uzaq sahillərdə”), Zakir (“Telefonçu qız”), Fərman (“Əsl dost”) başqa obrazlar milli kinomuzun uğurlu ekran personajlarıdır. Bundan başqa, “Qanun naminəfilmində Vahidov, “Görüş”də Kamil, “Bizim küçə”də Fuad, “Romeo mənim qonşumdur”da Arif başqa obrazların sevilməsində Əli Zeynalov səsinin qüdrəti xüsusi rol oynayıb.

   Əli Zeynalov eyni zamanda filmlərdə yaratdığı bənzərsiz obrazlarla yadda qalıb.Kölgələr sürünür”də İmamzadə, “Bir qalanın sirri”ndə Simnar xan, “Səhər”də Abuzər bəy, “Xoşbəxtlik qayğıları”nda Zəkiyyənin atası, “Üzeyir ömrü”ndə Həsən bəy Zərdabi başqa rolları fərdi yaradıcılıq üslubuna uyğun səmimi ifadəlidir. Mənfi müsbət xarakterli personajlar fərqli təqdimata görə bənzərsiz baxımlıdır. Obrazın ruhunu tamamilə özününküləşdirən aktyor ictimai-psixoloji tiplərin xarakterlərini qabartmaqla sanki insanların diqqətini cəmiyyət üçün təhlükə yaradan prototiplərə yönəltməyə çalışırdı.

   Onun kinoda ilk böyük rolu olanBir qalanın sirrifilmindəki Simnar xan obrazını yada salaq. M.TəhmasibinÇiçəkli dağpyesi əsasında ekranlaşdırılan film-nağılda Simnar xan məzlumları incidən, Göygöz kosa vasitəsilə hər zaman ziddiyyət yaradan, hadisələri kəskinləşdirən, hökmranlığını zor gücünə möhkəmləndirən fitnə-fəsad mənbəyidir. Göygöz kosa cəmiyyət üçün qədər təhlükəlidirsə, kənardan ona dəstək olan, pis niyyətlərini həyata keçirməkdə ona kömək edən hiyləgər Simnar xan daha təhlükəlidir. Onun daim təmkinli görünən simasından, baxışından min bir hiylə, kin-küdurət oxunur. İblis xislətli Göygöz kosanın qüvvəsini xalqa qarşı istifadə edən xanın qorxulu dünyası, zülm üzərində qurduğu məkr səltənəti, orta əsrlərdə mövcud olan feodal münasibətləri kinonun nağıl dili ilə kiçik tamaşaçılara çatdırılır. Heç bir təhrifə, təqlidə yol verilməyən peşəkar aktyor ifası isə filmin məzmununu dolğunlaşdırır.

   Əli Zeynalov xarakterlər ustası idi. OnunKölgələr sürünürfilmindəki İmamzadə obrazı da mənfidir. O, ölkədə qurulan yeni rejimə qarşı nifrətinə görə öz həmvətənlərini güdaza verməkdən, onların yeni elmi araşdırmalarına mane olmaqdan belə çəkinmir. Şəxsi mövqeyini insani keyfiyyətlərindən uca tutan, nəfislərinə sahib çıxa bilməyən tipajların ictimai bəlaların mənbəyi olduğunu Əli Zeynalov xüsusi peşəkarlıqla yaradırdı. Aktyor personajların spesifik cəhətlərini qabartmaqla ikinci, üçüncü rol olmasına baxmayaraq, filmin ümumi ideyasını aparıcı rol kimi çatdırmasına, tamaşaçıda daha aydın təsəvvür yaratmasına nail olurdu. Bu mənada sənət onun üçün həyat məsələlərinin həllinə ünvanlanan bir vasitə, açar idi. Buna görə sənət nəzəriyyəsinin dəqiq bilicisi kimi bütün rollarının öhdəsindən bacarıqla gəlirdi.

   İstedadlı aktyorunXoşbəxtlik qayğılarıfilmində Zəkiyyənin atası, “Üzeyir ömrüfilmindəki Həsən bəy Zərdabi başqa müsbət xarakterli rolları isə ziyalı bir insanın azadlıq nuru, ziya qaynağı, ümumiyyətlə, cəmiyyətin yaraşığı olduğunu bəyan edir, milli kinomuzun ideoloji mənəvi yüksəlişi dəstəkləyən mövqeyini göstərir, təsdiqləyirdi.

   Ziyasından obrazlarına pay düşən, bənzərsiz ifası ilə könüllərə fərəh gətirən Əli Zeynalovun müsbət personajları örnək timsallı həyat mövqeyini tərənnüm edirdi. Qayğıkeş ata, ailəsinin sevimlisi olan Əli Zeynalov Azərbaycan teatr sənətində bənzərsiz obrazlar yaradan, milli kinomuzda bir çox filmləri məlahətli səsi ilə səsləndirən Əməkdar artist Mirvari Novruzovanın, sözün əsl mənasında, ömür sənət yoldaşı idi. O, uzun illər Milli Dram Teatrının səhnəsini həyat yoldaşı ilə bölüşmüşdü. Onların tale yolları da elə bu teatrda birləşmişdi.

   Əli Zeynalov mənalı bir ömür yaşadı. 1988-ci il yanvarın 3-də Bakıda dünyasını dəyişdi. Həyata insanlara olan sevgisini səmimi münasibətində yaradıcılığında təsdiqlədi. Yaxın doğmalarına, tamaşaçılarına isə rollarından da ali hiss kimi dəyərləndirdiyi sevgini, insanlığı miras qoyub getdi.

  

 

   Şəhla Bürcəliyeva,

   kinoşünas

 

   Mədəniyyət.- 2013.- 5 aprel.- S. 6.