“Miras”ın
qiraət günü
Aprelin
3-də “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək
İctimai Birliyi
(İB) Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə açıq
havada qiraət təşkil edib.
Nizami Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemi ilə əməkdaşlıq çərçivəsində
təşkil olunan tədbirdə rayon ictimaiyyəti və məktəblilər
iştirak ediblər.
Nizami rayonundakı Heydər Əliyev parkında “Miras” İB-nin çap məhsulları, üzvlərin əl işləri, eləcə də kitabxananın təqdim etdiyi müxtəlif uşaq kitabları, oxucu yaradıcılığının məhsulu olan rəsmlər və s. sərgilənib. Ziyarətçilər parkda kitab oxumaq, yeni nəşrlərlə tanış olmaq imkanı qazanıblar.
Qiraət gününün iştirakçıları həmçinin “Miras” İB-nin üzvü, ebru mütəxəssisi Vüsal Qaraqaşlının təqdimatında bu sənətin sirləri ilə tanış olublar.
Əsas məqsədi cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etmək olan bir neçə saatlıq tədbir zamanı insanların kitaba, rəsm sənətinə, əcnəbi dillərə marağı da nəzərə alınıb.
Xatırladaq
ki, 1967-ci ildən başlayaraq
Uşaq Kitabları üzrə Beynəlxalq
Şuranın təşəbbüsü və qərarı
ilə məşhur danimarkalı uşaq
yazıçısı Hans Xristian Andersenin doğum günü olan 2 aprel dünyada
Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd edilir.
Mədəniyyət.-
2013.- 5 aprel.- S. 7.