Litva ölkəmizlə turizm əlaqələrini genişləndirmək istəyir

 

   Bakıda keçirilən daha bir təqdimat mərasimi Litvanın turizm imkanlarına həsr olunmuşdu.

   Azərbaycanın aparıcı turizm şirkətlərinin də iştirak etdiyi tədbirdə çıxış edən Litvanın «Sunny Travel» turizm agentliyinin direktoru Kristina Smık-Boquşko bildirdi ki, Litva Nerinqa, Palanqa, Druskininkay kimi kurort regionlarındakı turizm mərkəzləri və kurortlara daha çox azərbaycanlı turistlər cəlb etmək niyyətindədir:Son illər ərzində Azərbaycandan Litvaya turist axını artmağa başlayıb, ancaq Litva tərəfi bu axını daha da gücləndirmək, həmçinin Azərbaycanın turoperatorlarını bu işə cəlb etmək istəyir”.

   Qonaq Litva turizminin 4 istiqamətini xüsusi vurğulayaraq bildirdi ki, müalicə və spa-turizm, mədəniyyət, aktivişgüzar turizm istiqamətləri ölkəsində çox populyardır. Şirkət rəhbəri Litvada istirahətin keyfiyyətli və qiymətlərin münasib olduğunu da tədbir iştirakçılarının nəzərinə çatdırdı.

   Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas qeyd etdi ki, təmsil etdiyi səfirlik bu işdə iki ölkənin şirkətlərinə kömək etməyə hazırdır. Onun sözlərinə görə, səfirliyin konsulluq şöbəsi lazımi sənədlərin qaydasında olması halında Azərbaycan vətəndaşlarına qısa zamanda viza verməyə hazırdır: «Son iki ildə Azərbaycandan Litvaya səfər edən turistlərin sayı təqribən 2 dəfə artıb. Turizm şirkətlərinin nümayəndələrinin dediyinə görə, ötən il Litvaya 3,2 milyon turist səfər edib ki, bu rəqəm ölkə əhalisinin sayına bərabərdir. Litva sanatoriyalarına səfər edən turistlərin də sayı artıb. Litva bu gün turizm sahəsini aktiv şəkildə genişləndirir. Turizmdən gələn gəlirlər ölkə ÜDM-inin 4,4 faizini (təxminən 8 milyard ABŞ dolları) təşkil edir».

   Təqdimatda Litvanın aparıcı turizm şirkətləri öz turizm məhsulları haqqında məlumat verdilər.

 

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2013.- 5 aprel.- S. 9.