Toy marşı - Bakı toyları”

 

   “Toy marşı - Bakı toyları” adlanan tammetrajlı bədii-sənədli film çəkilib. Filmin ssenari müəllifi Ələkbər Muradov, rejissorları Ələkbər Muradov, Murad Muradov, quruluşçu operatoru Mətləb Yaquboğlu, baş prodüseri Hacı Teyyub Teyyuboğludur.

   Ekran əsərində itirilmiş milli adət-ənənələrimizdən söhbət açılır. Xalq artistləri Əlibaba Məmmədov, Alim Qasımov, Ağaxan Abdullayevin toyla bağlı fikirləri də maraq doğurur. Filmdə XVIII əsrə aid bədii səhnələr də var. Bu səhnələrdə o zamanların milli toy adətləri əks etdirilib.

   Filmdə gəlin rolunda Leyla Babayeva, bəy rolunda Həsən Mehdiyev, bəyin anası rolunda Firuzə İbadova, gəlinin anası rolunda Lətafət Ramazanova çəkiliblər.

   Film artıq bir neçə beynəlxalq etnoqrafik film festivalına dəvət alıb.

  

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2013.- 5 aprel.- S. 11.