“Folklor paytaxtı”nın
zəngin mədəni
irsi
Məlum olduğu kimi,
Mədəniyyət və
Turizm Nazirliyinin “Xalq Yaradıcılığı
Paytaxtları” proqramına
əsasən, Zaqatala
2013-cü ildə Azərbaycanın
“Folklor paytaxtı” elan edilib. Rayonumuz zəngin folklor mədəniyyətinə malikdir.
Qədim
xalq havaları, mahnılar qorunaraq nəsillərdən nəsillərə
çatdırılmışdır.
120 min nəfər əhalisi olan Zaqatalada 20-yə yaxın xalqın nümayəndəsi yaşayır.
Ulu öndər Heydər Əliyev istər sovet dövründə respublikaya rəhbərlik etdiyi zaman, istərsə
də müstəqillik
dövründə Azərbaycanda
yaşayan azsaylı xalq və millətlərin
öz qədim folklor mədəniyyətlərini
inkişaf etdirməsinə
xüsusi qayğı
göstərmişdir.
Rayonumuzun folklor xəzinəsi
də rəngarəngliyi
ilə fərqlənir.
Tarix-diyarşünaslıq muzeyində rayonun
folklor sənətini əks etdirən daimi ekspozisiya yaradılmışdır. Zaqatalaya gələn turistlərə
folklor mədəniyyətimiz
barədə ətraflı
məlumat verilir.
Buna misal olaraq rayonun Mədəniyyət
evində uzun illər fəaliyyət göstərən “Xalq teatrı”, “Kəndirbazlar”
xalq kollektivi, Əliabad qəsəbəsində
“Şəbu-hicran” ansamblı,
Suvagil kəndində
“Ceyranım” xalq kollektivi, Makov kəndində “Hudulki” folklor kollektivi, Yengiyan kəndində “Əfsanə”, Kəpənəkçi
kəndində “Lalələr”
rəqs qrupları, Çobankol kəndində
həvəskar “Pəhləvanlar”
qruplarını göstərmək
olar.
Hər bir xalqın
zəngin tarixinin və mədəniyyətinin
başlanğıcı onun
mifologiyası ilə təsdiqlənir. Bu baxımdan Azərbaycan ruhunun ifadəsi kimi zəngin folklor mədəniyyətimizin
qorunub saxlanılması
və inkişaf etdirilməsində Zaqatala
rayonunun rolu böyükdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi regionların inkişafı üzrə
Dövlət Proqramı
Zaqatalada da uğurla həyata keçirilir. Eyni zamanda,
mədəniyyət müəssisələrinin
yenidən qurulmasına
və təmirinə,
müasir avadanlıqlarla
təmin olunmasına xüsusi diqqət yetirilir.
Şuay Xəlilov,
Zaqatala
rayonu Çobankol kənd
Mədəniyyət
evinin bədii rəhbəri
Mədəniyyət.-
2013.- 5 aprel.- S. 15.