“Gülşəni-maarif”in əlyazması
əldə edilib
AMEA Əlyazmalar
İnstitutu XIX əsrin
ikinci yarısı -
XX əsrin əvvəllərində
yaşamış Azərbaycan
şairi Nəcəfqulu
bəy Şeydanın
“Gülşəni-maarif” adlı
təzkirəsinin əlyazmasını
əldə edib.
Təzkirədə XIX əsrdə və
XX əsrin əvvəllərində
Qarabağda, Bakıda,
Şamaxıda yaşayıb-yaratmış
24 şair haqqında dəyərli məlumatlar,
əsərlərindən nümunələr
yer alıb. Təzkirənin nəşri və
tədqiqi həmin dövr ədəbiyyat tariximizin öyrənilməsi
baxımından önəmlidir.
N.Şeyda bir sıra şeirlərində sovet quruluşunu insan hüquqlarını tapdalayan,
həqiqəti deyənləri
məhv edən, xalqın başına bəlalar gətirən rejim kimi tənqid
edir.
Fariz Yunisli
Mədəniyyət.-
2013.- 5 aprel.- S. 15.