“Art
Villa” qalereyasında “Hisslər”
sərgisi
Aprelin 9-da “Baku Creative Center” yaradıcılıq
mərkəzinin Bakı
qalereyalar festivalı çərçivəsində “Art Villa” qalereyasında sərgi keçirilib.
“Hisslər”
adlanan sərgi “Arts
Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”)
qeyri-hökumət təşkilatının
layihəsidir. Sərginin məqsədi
gənc nəslin incəsənətə olan
marağını daha
da artırmaq, Azərbaycan rəssamlarını
tanımaq və tanıtdırmaqdan ibarətdir.
Açılış
mərasimində bildirilib
ki, Bakı qalereyalar festivalının
məqsədi paytaxtımızda
qalereya həyatını
canlandırmaq, yaradıcı
şəxsləri bir
araya gətirərək
ümumi iş ətrafında birləşdirmək,
sadə insanlarda incəsənətə maraq
yaratmaq və nəticədə sənətsevərlər
üçün əsl
incəsənət bayramı
təşkil etməkdir.
Sərgidə Nazim Məmmədov, Rasim Babayev, Mikayıl Abdullayev, İntiqam Ağayev, Fərid Ələkbərov,
Sara Hüseynli, Rahim Həşimov, Siruz Mirzəzadə, Çingiz
Fərzəliyev, Cəmalə
Rəhmanlı, Emil Əziz,
Günay Hüseynova, Könül Kəngərli,
Eldar Babazadə, Ruslan Kovalyov, Vüqar Əli, Könül Hüseynzadə,
Pərviz Cəfərov,
Vüqar Quliyev və digər rəssamların əsərləri
nümayiş olunub.
Mədəniyyət.- 2013.- 10 aprel.-
S. 2.