O,
fenomen şəxsiyyət idi
Mən siyasət adamı deyiləm, lakin tarixi şəxsiyyətlərin, görkəmli dövlət xadimlərinin həyatı ilə yaxından maraqlanmış, onları öyrənməyə çalışmışam. Şah İsmayıl Xətai, Atatürk kimi tarixi şəxsiyyətlərin həyatı ilə bağlı çoxlu ədəbiyyatlar oxumuşam. XX əsrdə Azərbaycanın yetirdiyi nadir tarixi şəxsiyyətlərdən biri də ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevdir.
Heydər Əliyev fenomen bir şəxsiyyət idi. Bütün mənalı həyatını
xalqına həsr etmişdi. Xalqının ən ağır
vaxtında köməyə
gəlmiş, onu bəlalardan xilas etmiş, Azərbaycanı
bütün dünyaya
tanıtdırmışdı.
Tale elə
gətirib ki, mən bu dahi
şəxsiyyəti 1972, 1974, 1978, 1980,
1994-cü illərdə Beyləqan
rayonuna etdiyi səfərlərdə görmüş,
1981-ci ildə sahə
həkimlərinin I qurultayında
etdiyi çıxışı,
həkimlik sənətinə
verdiyi qiymətli məsləhətləri dinləmişəm.
Sahə həkimlərinin birinci qurultayında mənim də çıxışım vardı.
Mən çıxışımı bitirib bircə anlığa tribunada dayandım. Heydər
Əliyev səhiyyə
naziri Tələt Qasımova müraciət etdi: “Jdanov (o vaxt Beyləqan rayonu belə adlanırdı - Ə.M.) rayonunda
əhali ağır kənd təsərrüfatı
işləri ilə məşğul olur. Onların sağlamlığına diqqəti
artırmaq lazımdır”.
Yığıncaqdan sonra nazir məni qəbul edib lazım olan bütün problemlərin həll olunmasına kömək etdi.
Elə həmin ilin
dekabr ayında Kiyev şəhərində
dünya cərrahlarının
konqresi keçirildi.
Mən də Azərbaycan nümayəndə heyətinin
tərkibində konqresin
işində iştirak
edirdim. Kiyevdə eyni zamanda
SSRİ kənd təsərrüfatı
işçilərinin ümumittifaq
tədbiri keçirildi.
Səhər saat 9 olardı.
Bu vaxt Ukrayna
Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi bir neçə hökumət adamı ilə konqres keçirilən binaya daxil oldu. Onların arasında Heydər Əliyev də var idi. O, öz görkəmi ilə hamıdan seçilirdi. Foyedən keçərkən 5 nəfər nümayəndə
heyəti ilə Heydər Əliyevə yaxınlaşdıq. Onunla görüşüb
söhbət etdik.
Onun güclü yaddaşının
olduğunu bilirdim.
Mənə diqqətlə
baxıb: - “Sən də tədbirdə iştirak edirsən?” - deyə soruşdu.
“Bəli” - deyə
cavab verdim. Uzaq bir rayonda işləyən
həkimin beynəlxalq
konqresdə iştirak
etməsinə çox
sevindi. Mən ona məruzə
ilə çıxış
edəcəyimi bildirdim.
O, mənə uğurlar
arzuladı. Heydər Əliyev bizimlə
görüşüb söhbət
edəndən sonra Azərbaycandan olan nümayəndə heyətinə
diqqət və qayğı dəyişdi.
«Moskva» mehmanxanasında
qalırdıq. Bizi təcili
«Ukrayna» mehmanxanasında
yerləşdirdilər və
xüsusi xidmət maşını ayrıldı.
Bu, Heydər Əliyevə
olan böyük hörmət idi.
Heydər Əliyev elə
bir şəxsiyyət
idi ki, daim
yenilik axtarırdı.
Onun bugünkü iş qrafiki dünənkinə bənzəmirdi.
O, öz sadəliyi və insanlara olan məhəbbəti ilə hamıdan fərqlənirdi. Onun elm, incəsənət,
ədəbiyyat, sənət
adamlarına olan qayğısı əvəzedilməzdir.
Hətta
xəstəxanada müalicə
olunan insanlara baş çəkməsi,
onlara qayğı göstərməsi hafizələrdə
əbədi qalacaq.
Bütün bunlar məni
Heydər Əliyev şəxsiyyəti haqqında
söz deməyə məcbur edir. Azərbaycan xalqı xoşbəxt və bəxtəvər bir xalqdır ki, onun belə
əvəzedilməz lideri
olmuşdur. Onda olan enerji, işgörmə
qabiliyyəti kimdə
ola bilərdi?
Bu, Allah vergisi idi. Heydər Əliyev heç
bir mətnə baxmadan xronoloji ardıcıllıqla, ana dilində gözəl, yaradıcı şəkildə
saatlarla danışır,
auditoriyanı heyran edirdi. Onun çıxışını
oxuyanda belə qənaətə gəlirdin
ki, bu, ən
mürəkkəb kompyuterdən
çıxmışdır. Özüm-özümə belə
bir sual verirəm, görəsən,
dünyada ikinci belə bir şəxs
ola bilərmi?
Hər birimiz dünyanın qabaqcıl ölkələrinin
başçılarının çıxışlarına diqqətlə
qulaq asmışıq.
Heydər Əliyev həqiqətən
fenomen idi. O, mahir tərcüməyə
belə irad tuta bilirdi. Bu
qeyri-adi istedaddır.
Onun xalqı üçün, bütövlükdə
dünya sivilizasiyası
üçün gördüyü
qlobal əhəmiyyətli
işi kim
görə bilərdi?
İnsanlara qiymət vermək,
ona hörmət etmək Heydər Əliyev şəxsiyyətinin
böyüklüyündən gəlirdi. Şair Söhrab Tahir “Yaxşılıq” şeirində
yazır:
Mən rəhbərdən çox
yaxşılıq görmüşəm,
Verdiyindən hamıya pay vermişəm.
Yaxşılıqdan
qızıl saray hörmüşəm,
Qal baxtımın sarayında,
yaxşılıq,
O tayımda, bu tayımda yaxşılıq.
Yaxşılıq etmək Heydər
Əliyevin amalı idi. O, dözümlü
idi. Həyatın bütün çətinliklərini
görüb, ona dözüb, ancaq əyilməmişdi, sınmamışdı,
hər bir çətinliklərdən qalib
çıxmışdı. Özü də mərdliklə.
Dünyanın bütün ölkələrində
yaşayan, yaradan elm adamları, ölkə başçıları, siyasi
xadimlər Heydər Əliyev haqqında heyrətamiz fikirlər söyləmişlər. Ukrayna
Respublikasının sabiq
Prezidenti Leonid Kuçma
yazırdı: «Bu gün
dünya siyasəti Heydər Əliyev kimi siyasətçinin aclığını çəkir”.
Bu gün
onun haqqında saysız-hesabsız kitablar
yazılır, nəşr
edilir. O, şair-filosof,
alim, ensiklopedik biliyə malik şəxsiyyət, gözəl
dilçi idi. Azərbaycan dilinin incəliklərini yaxşı bilirdi və onu bütün
dünyada təbliğ
edirdi. Azərbaycanlıların hansı ölkədə
yaşamasından asılı
olmayaraq ana dilini unutmamağı tövsiyə edirdi. Bax, budur onun
böyüklüyü!
Heydər Əliyev bütün
dünya ölkələrinin
tarixini, coğrafiyasını,
adət-ənənələrini yaxşı bilirdi. Hamı onun siyasi çıxışlarına
diqqətlə qulaq asıb. O, Nizamidən
nizamişünas, Füzulidən
füzulişünas kimi
danışırdı. Hər bir
yazıb-yaradanı elə
təsvir edirdi ki, elə bil
o sahənin mütəxəssisi
idi. «Kitabi-Dədə
Qorqud»un 1300 illik yubileyində bu dastan haqqında
o qədər səlis
danışdı ki, qorqudşünas alimləri
kölgədə qoydu.
O, müəllimlə
danışanda müəllim,
həkimlə danışanda
həkim, bəstəkarla
danışanda bəstəkar,
rəssamla danışanda
rəssam olurdu.
Xalq şairi Zəlimxan Yaqub yazır: «Müasir dövrdə siyasət meydanında nə qədər görkəmli şəxsiyyət
varsa, onların hamısı Heydər Əliyev haqqında çox qiymətli fikirlər deyiblər. Həmin fikirlər kitablarda, tarixi sənədlərdə
əks olunub».
Həqiqətən belədir. Dünyanın
bütün dövlətlərinin
başçıları, siyasət
adamları, görkəmli
şəxsiyyətlər, ziyalılar
Heydər Əliyev şəxsiyyəti ilə
tanış olmaq arzusunda olmuşlar.
Mən fikrimi Heydər Əliyevin öz sözləri ilə bitirmək istəyirəm:
“Mən həyatda yalnız üç şeyə arxalanmışam:
Yaradanıma, zəhmətimə
və bir də xalqıma”.
Əyyub Məmmədov,
tibb elmləri
üzrə fəlsəfə
doktoru,
respublikanın Əməkdar həkimi,
Nyu-York Elmlər Akademiyasının həqiqi
üzvü
Mədəniyyət.- 2013.- 10 aprel.-
S. 6.