“Böyük şəxsiyyət, əbədi lider”
Səbail rayon
mədəniyyət müəssisələrinin
iştirakı ilə böyük öndərin
yubileyinə həsr olunmuş tədbir keçirilib
Aprelin 5-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı və Səbail rayon mədəniyyət müəssisələrinin iştirakı ilə Azərbaycan Dövlət Filarmoniyasında “Böyük şəxsiyyət, əbədi lider” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanı ziyarət edərək ulu öndərin məzarı önünə əklil qoyublar. Sonra iştirakçılar Filarmoniyanın foyesində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi və fotostendlə tanış olublar.
Yubiley mərasimində öncə Ü.Hacıbəylinin “Koroğlu” operasından “Üvertüra”nın sədaları altında “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda videoçarx nümayiş olunub. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Ə.Əliyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini F.Hüseynova, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini E.Ağayev, Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü Z.Qaralov, Səbail rayon orta ümumtəhsil məktəblərinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Gecədə
xalq artistləri Ramiz Quliyev, Samir Cəfərov,
Əməkdar artist Teyyub
Aslanov, Opera və Balet Teatrının solisti
Afaq Abbasova, Əməkdar
artist Əli Nur, Ə.Dadaşov adına “Xatirə” xalq
çalğı alətləri ansamblı, T.Quliyev
adına 12, C.Hacıyev adına 3, R.Behbudov
adına 2 saylı uşaq musiqi məktəblərinin, T.İsmayılov
adına Uşaq-Gənclər Yaradıcılıq
Sarayının kollektivləri, Badamdar qəsəbə
Mədəniyyət evi xalq
teatrının üzvləri çıxış etdilər.
Mədəniyyət.-
2013.- 10 aprel.- S. 6.