Nazirlik tərəfindən press-tur infoturlar təşkil edilib

 

   Rusiya İtaliyanın turizm təmsilçiləri, Türkiyə telejurnalistləri ölkəmizin görməli yerlərinə baş çəkiblər

  

   Ölkəmizin turizm potensialını dünyada təbliğ etmək xarici turistlərin respublikamıza olan axınını artırmaq məqsədilə Bakıda keçirilən XII Azərbaycan beynəlxalq səyahət turizm sərgisi çərçivəsində Mədəniyyət Turizm Nazirliyi tərəfindən Azərbaycana infoturlar press-tur təşkil edilib.

  

   30 mart - 4 aprel tarixlərində Rusiya Federasiyasının turizm şirkətlərindən ibarət 19 nəfərlik qrup Azərbaycana səfər edib. Səfərdə RusiyanınAlean”, “Dces Tur”, “Persona Tur”, “Fischer Travel”, “Vostok FM”, “TurProfi”, “Azan Tur”, “Ross Travel”, “Alıye Parusa”, “Poyexali s. turizm şirkətlərinin nümayəndələri iştirak edib. Qonaqlar Bakı, Naftalan Şəki şəhərinin görməli yerlərini ziyarət ediblər.

   Bundan əlavə, 2-6 aprel tarixində İtaliyanın aparıcı turizm şirkətləri rəhbərlərinin iştirakı ilə Bakı şəhərinə infotur təşkil edilib. İnfoturda “Bramante Travel”, “Red Carpet Travel”, “Boscolo Tour”, “Manus Travel”, “Wave Travel” şirkətlərinin nümayəndələri təmsil olunub. Aprelin 4-də adıçəkilən şirkətlərin təmsilçiləri ilə bir qrup yerli turizm şirkətləri nümayəndələrinin görüşü keçirilib.

   Həmçinin Azərbaycanın turizm potensialının Türkiyə mətbuatında işıqlandırılması məqsədilə aprelin 3-də Türkiyənin "Beyaz TV" kanalının "Dünya turu" proqramının 3 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana gəlib. Ayın 10-dək davam edəcək press-tur zamanı heyətin Bakıda eləcə Quba, Qusar, Qəbələ, Şəki rayonlarında apardığı çəkilişlərin nəticəsi olaraq "Beyaz TV"-ninDünya turu" proqramında Azərbaycan haqqında 3 dəfə material yayımlanması nəzərdə tutulub.

 

 

   Mədəniyyət.- 2013.- 10 aprel.- S. 8.