Sudan gələn sürməli qız”

 

   Yaponiyada Azərbaycanın musiqisi, mədəni irsi və turizm imkanları təqdim edilib

  

   Aprelin 5-də Yaponiyanın Kamaqava prefekturasının Zama şəhərində “Yapon və Azərbaycan milli musiqisi” xeyriyyə konserti keçirilib.

  

   Tədbir Zama Beynəlxalq Əməkdaşlıq Assosiasiyası, Zama Mədəniyyət Mərkəzi və Azərbaycanın Yaponiyadakı səfirliyinin dəstəyi ilə təşkil edilib. Tamaşaçılar əvvəlcə “Zama harmony hall”un foyesində Azərbaycan mədəniyyətinə həsr edilmiş sərgi ilə tanış olublar.

   Zama şəhərinin meri Mikio Endo və Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə tədbirin iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm təsir göstərəcəyini vurğulayıblar.

   Konsertin birinci hissəsində yapon milli musiqisi nümunələri səslənib. İkinci hissə Azərbaycan haqqında təqdimatla başlayıb. Vaseda Universitetinin magistri Emil Cəfərzadə slaydlar vasitəsilə paytaxt Bakı, ölkəmizin tarixi mədəni irsi barədə məlumat verib. Azərbaycanın turizm imkanlarını, sürətli iqtisadi inkişafını, son illər əldə edilmiş uğurları əks etdirən film nümayiş olunub.

   Azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Səfərovanın yapon musiqiçilərinin müşayiəti ilə ifa etdiyi bəstəkar N.ƏliverdibəyovunElegiyaəsəri, xalq musiqisi nümunələrimiz alqışlarla qarşılanıb. Yapon Ohira Kiyoşinin sazda ifa etdiyiQara tellər”, “Sudan gələn sürməli qız”, “Özünə özüm qurbanmahnıları konsertə xüsusi rəng qatıb. Tokio Universitetinin məzunu, azərbaycanlı Tahirə Erkanın ustalıqla ifa etdiyiTərəkəmə”, “Qaval”, “Laçınrəqsləri sürəkli alqışlara səbəb olub. Konsert bütün iştirakçıların tamaşaçıların birlikdə ifa etdiyiAğaclar yenidən çiçəkləyəcəkyapon mahnısı ilə başa çatıb.

 

 

   Mədəniyyət.- 2013.- 10 aprel.- S. 10.