“Ağ-qara” işıq üzü görüb
Tanınmış
yazıçı-dramaturq Elçin
Hüseynbəylinin (Qaraçuxa) «Qələm»
Nəşrlər Evində işıq üzü
görən «Ağ-qara» kitabında Qarabağ mövzusunda
hekayələri yer alıb. 1000 nüsxə
nəşr olunan kitabı aprelin
10-dan başlayaraq paytaxtın müxtəlif
kitab mağaza və
şəbəkələrindən almaq
olar. Qeyd edək ki, «Qələm» Nəşrlər Evi yazıçının ikicildlik
hekayələr toplusunu da
nəşr etmək niyyətindədir. Hazırda nəşriyyatda
müəllifin məşhur «Don Juan» romanı iki dildə
(Azərbaycan və rus) çapa
hazırlanır.
Mədəniyyət.-
2013.- 10 aprel.- S. 12.