Gənc tarzənin ilk solo konserti
Aprelin 10-da G.Şaroyev adına
35 nömrəli musiqi
məktəbində ulu
öndər Heydər
Əliyevin 90 illik yubileyi ilə əlaqədar istedadlı
gənc, respublika festivallar laureatı, tar ifaçısı Mircavid
Mircavad oğlu Cəfərovun solo konserti
keçirildi.
Bu tədris ocağının 11-ci sinif
şagirdi olan gənc tarzən uğurlu konsert proqramından sonra təəssüratlarını bizimlə bölüşdü:
Müxtəlif festivallarda
iştirak etməyimə
baxmayaraq, ilk solo konsertim
olduğundan çox böyük həyəcan
keçirirdim. Eyni zamanda,
məsuliyyət hissi də əlavə gərginlik yaradırdı.
Şükür Allaha ki, konsert gözəl alındı və mənə inananların ümidlərini doğrultdum.
Respublikanın Əməkdar müəllimi
Ramiz Əzizov və konsertmeyster Gülnarə Teymurzadəyə
də təşəkkür
edirəm. Üzərimdə
çox böyük zəhmətləri var. Bu il musiqi məktəbini bitirirəm.
Təhsilimi Milli Konservatoriyada
davam etdirmək istəyirəm. Tar alətinə
marağım atamın
tarzən olmasından
irəli gəlir. Müxtəlif festival və müsabiqələrdə
iştirak edib uğur qazandıqca bu sənətə həvəs və marağım daha da artdı. Çalışıram ki, atamın
sənətini layiqincə
davam etdirim.
M.Cəfərov
konsert proqramında Ü.Hacıbəyli, Q.Qarayev,
F.Əmirov, R.Mirişli,
F.Şopenin əsərləri
ilə yanaşı,
Orta Mahur muğamını da məharətlə ifa etdi. Konsertin sonunda çıxış
edən məktəbin
direktoru Yusif Vəliyev Mircavidin istedadlı və gələcəyi olan şagirdlərdən olduğunu
dedi: Təhsil ocağımızda Mircavid
kimi istedadlı gənclərin yetişməsi
kollektivimiz üçün
fəxrdir.
Konsertdən sonra tanınmış musiqiçilər təəssüratlarını
bizimlə bölüşdülər.
Azərbaycan Milli Konservatoriyasının nəzdində
fəaliyyət göstərən
Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi,
professor Nazim Kazımov
Mircavidi uğurlu ifa münasibətilə təbrik etdi, ona yeni sənət
uğurları arzuladı:
Bu gün ona öz müəllimim Səid Rüstəmova həsr etdiyim kitabımı hədiyyə
etdim. İnanıram ki, Mircavid Azərbaycan
musiqisini hər zaman layiqincə təmsil edəcək.
Tarzən, Əməkdar artist Elçin
Həşimov: Bu gün
burada dinlədiyim bəzi əsərlər
tar üçün yeni
işlənmişdi. Simfonik
əsərləri tar, fortepiano üçün hazırlamaq
böyük zəhmət
tələb edir. Bu əsərləri tarda ifa etmək də çətindir. Məncə, Mircavid qarşısına qoyulan tapşırığı yüksək
səviyyədə yerinə
yetirdi.
Kamança ifaçısı, Əməkdar
artist Elnur Əhmədov
da konsertdən böyük təəssüratla
ayrıldığını söylədi: Mircavid öz ifası ilə sənət adamlarının zövqünü
oxşamağı bacardı.
Onu ürəkdən təbrik edir, daha böyük uğurlar arzulayıram.
Xanəndə,
Əməkdar artist Teyyub
Aslanov isə Mircavidin uğurlarında müəllimi Ramiz Əzizovun rolunu xüsusi vurğuladı:
Mircavidin uğurlarında
müəlliminin çox
böyük zəhməti
var. Amma ən böyük zəhmət təbii ki, ifaçının üzərinə
düşür. O, məhz
gərgin əməyi
sayəsində bu səviyyəyə gəlib
çata bilib, başqa cür heç mümkün də deyil.
Mircavidin atası, tarzən, Əməkdar artist Mircavad
Cəfərov isə qeyd etdi ki,
Britaniyanın BBC 3 kanalı
2007-ci ildən oğlunun
yaradıcılığını izləyir. Həmin kanalın Musiqiçi ailəsində gənc musiqiçilərin yetişməsi
layihəsi var. Verilişdə
gənc istedadların
həyat tərzini öyrənir, milli və klassik əsərlərə nə
cür münasibət
göstərməsi ilə
maraqlanırlar: Məqsəd
sənətçi ailəsində
musiqiyə olan münasibəti açıb
göstərməkdir. Həmin
kanal bu konserti də lentə aldı. Əlavə edim ki, Mircavid 2010-2011-ci illərdə ümumrespublika
müsabiqələrinin laureatı
olub. Bu gün ilk dəfə idi ki, bir saatlıq
konsert proqramı ilə tamaşaçılar
qarşısına çıxırdı.
Azərbaycanın görkəmli
sənətkarları bu
konsertdə iştirak
edirdilər. Xalq artisti Fəxrəddin Dadaşov, Əməkdar
artist Ağacəbrayıl Abbasəliyev,
Əməkdar incəsənət
xadimi Vaqif Gərayzadə və digərlərinin Mircavidin
çıxışı ilə
bağlı fikirləri
də müsbət oldu. Oğlumun sənətə gəlməyində
və bu sənəti davam etdirməyində bir valideyn kimi mənim
heç bir təkidim olmayıb. Bu onun öz fikri
və seçimidir.
O, hələ təzə
başlayanda dedim: bax və düşün.
Bu sənəti mənə
görə seçirsən,
yoxsa öz arzunla. Dedi ki,
bu sənətlə məşğul olmaq istəyirəm. Bu konsertlə
də sübut etdi ki, həqiqətən
sənəti sevir. Görkəmli sənətkarlarımızın
qarşısında çıxışı
zamanı keçirdiyim
hissləri sözlə
ifadə etmək çətindir. Çox qürur hissi duyuram ki, Mircavid
bu işin öhdəsindən layiqincə
gələ bildi. Bütün valideynlərə
belə qürur və sevinc arzulayıram.
Lalə Azəri
Mədəniyyət.-
2013.- 12 aprel.- S. 10.