Azərbaycan-Braziliya
əlaqələri müzakirə olunub
Aprelin
3-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
Braziliyanın ölkəmizdəki səfiri Sergio
Arrudanı diplomatik missiyasının başa çatması münasibətilə qəbul
edib. Görüşdə iki
ölkə arasında əlaqələrin inkişafı
müzakirə olunub. Braziliya
nümayəndə heyətinin cari ilin 29 may - 1 iyun tarixlərində Bakıda keçiriləcək
II Dünya Mədəniyyətlərarası
Dialoq Forumunda yüksək
səviyyədə iştirak etməsinin əhəmiyyəti
qeyd edilib.
Mədəniyyət.-
2013.- 5 aprel.- S. 3.