Müasir musiqi axşamı

 

   Bakıda Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı rəngarəng konsert proqramları ilə davam edir.

  

   Aprelin 16-da Beynəlxalq Muğam MərkəzindəÜçüncü Reyx zamanıDegenerativ musiqi” (“Entartete muzik”) Sovet İttifaqındamövcud olmayan musiqilayihəsi təqdim edilib.

   Tədbirin aparıcısı sənətşünaslıq doktoru Rauf Fərhadov mövzu barədə qısa məlumat verərək bildirdi ki, totalitar dövlət olan SSRİ-nin öz degenerat rəssamları, yazıçıları musiqiçiləri var idi: “Belə müəlliflərin əsərlərinə məhəl qoyulmurdu onların əsərləri ifa edilmirdi. Daha doğrusu, onlarmövcud olmayan musiqi”nin bəstəkarları idilər. Bugünkü konsert proqramında həm Avropada, həm keçmiş sovetlər məkanında qadağan edilmiş əsərlərdən nümunələr səslənəcək”.

   Sonra səhnəyə Əməkdar artist, pianoçu Gülşən Ənnağıyeva dəvət olundu. Onun ifasında konsertin birinci hissəsində Anton VeberninVariasiyalar”, Arnold ŞönberqinÜç pyes”, Ernst KrenekinMiniatürlər”, Paul Hindemithin “1922” süitası səsləndi. Konsertin ikinci hissəsində Andrey VolkonskininMusica stricta”, Nikolay Karetnikovin “Scherzo”, Qalina Ustvolskayanın “Sonata 5” Valentin SilvestrovunQədim üslubda musiqiəsərləri təqdim olundu.

   Festivalın bədii rəhbəri, professor Fərəc Qarayev konsertlə bağlı fikirlərini bölüşərək qeyd etdi ki, bu tədbir sovet festivallarından fərqlənir: “Biz festivalın proqramını tam sərbəst azad şəkildə tərtib etmişik. Gülşən Ənnağıyeva bizim ulduzdur. Mən böyük məmnunluqla bütün əsərlərimin səsləndirilməsini ona həvalə edərdim. O, böyük həvəslə müasir musiqiləri ifa edir onun ifası hər zaman böyük alqışlarla qarşılanıb. İnanıram ki, bu gün tamaşaçılar bu musiqilərdən zövq alacaqlar”.

   Konsert proqramı musiqisevərlər tərəfindən böyük maraqla qarşılandı.

  

 

   Lalə

 

   Mədəniyyət.- 2013.- 17 aprel.- S. 3.