Uşaq xor kollektivlərinin müsabiqəsi davam edir

 

   Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq xor kollektivlərinin VIII Respublika müsabiqəsi keçirilir. Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş müsabiqəyə aprelin 1-də start verilib. Lənkəran, Salyan, Sumqayıt, Bərdə, Ağcabədidə zona mərhələlərinə yekun vurulub.

   Aprelin 15-də Şəki şəhərində keçirilən zona baxışında Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından 10 kollektiv iştirak edib. Dövlət Xor Kapellasının bədii rəhbəri, professor Gülbacı İmanovanın rəhbərlik etdiyi münsiflər heyətinin üzvləri kollektivlərin çıxışlarını qiymətləndiriblər.

   Müsabiqənin növbəti mərhələləri Gəncə (16-17 aprel) və Bakıda (20, 22 və 23 aprel ) təşkil olunacaq. Zona turunda fərqlənən ən yaxşı kollektivlər Bakı şəhərində müsabiqənin final mərhələsində iştirak edəcək. Fərqlənən xor kollektivləri, xormeyster və konsertmeysterlər diplom, fəxri fərman və mükafatlarla təltif olunacaqlar.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2013.- 17 aprel.- S. 4.