“Milli irs mükafatı”
təsis edilib
Ölkəmizin mədəni irsinin
tədqiqi, mühafizəsi
və təbliği sahəsində görülən
işləri təşviq
etmək məqsədilə
Mədəniyyət və
Turizm Nazirliyinin "Milli irs mükafatı"
təsis edilmişdir.
Mükafatın
təsis edilməsində
məqsəd Azərbaycanın
mədəni irsinin inkişafı naminə elmi tədqiqat və araşdırmaların
aparılması, tarix
və mədəniyyət
abidələrinin mühafizəsində
qabaqcıl standartların
tətbiqi, daşınmaz
tarix və mədəniyyət abidələrinin
bərpa və konservasiyası, təmir-bərpa
işlərinin müasir
texnologiyalar əsasında
layihələndirilməsi, mədəni irsimizin tanıdılması və
təbliği, gənclər
arasında milli memarlıq və bərpaçılıq sənətinin
təşviqi, mədəni
irsin qorunması sahəsində ixtisaslı
kadrların hazırlanması
üzrə əldə
olunmuş nailiyyətlərin
qiymətləndirilməsi və
bu barədə geniş ictimaiyyətin məlumatlandırılmasından ibarətdir.
Mükafat mədəniyyət və
turizm nazirinin əmri ilə verilir və hər il
18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə keçirilən
təntənəli mərasimdə
qaliblərə təqdim
olunur. Xüsusi hallarda mükafat
digər əlamətdar
hadisə və günlərdə də təqdim edilə bilər.
Mükafat memarlıq, arxeologiya və etnoqrafiya, mədəni turizm, tarix və mədəniyyət
abidələrinin bərpası,
mədəni irsin tədqiqi, təbliği və mühafizəsi istiqamətləri üzrə
aşağıdakı nominasiyalarda
verilir:
• Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə;
• Azərbaycan mədəni irs
abidələrinin mühafizəsi,
bərpası və istifadəsində xidmətlərinə
görə;
• Azərbaycan irsinin təbliğində
xidmətlərinə görə;
Mədəniyyət və Turizm
Nazirliyinin əmrinə
əsasən nominasiyaların
sayı artırıla
və azaldıla, adları dəyişdirilə
bilər. Bir nominasiya
üzrə mükafatlandırılacaq
kollektivlərin və
yaxud fərdlərin sayına məhdudiyyət
qoyulmur. Mükafat Azərbaycan
Respublikası vətəndaşlarına,
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
və yaxud kollektiv birliklərə verilir.
Mədəniyyət və Turizm
Nazirliyinin “Milli irs mükafatı"na layiq görülən şəxslərə mükafatın
simvolu (heykəlciyi) və diplom təqdim olunur.
Mədəniyyət.-
2013.- 17 aprel.- S. 4.