Ölkəmiz Londonda kitab sərgisində təmsil olunur
Aprelin 15-də Londonda növbəti
beynəlxalq kitab sərgisi açılıb.
Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı
və Böyük Britaniyadakı səfirliyimizin
dəstəyi ilə sərgidə Azərbaycan
kitabları da nümayiş olunur.
1971-ci ildən
başlayaraq mütəmadi
şəkildə hər
il təşkil
olunan sərgidə Avropanın ən böyük ölkələrinin
nəşriyyatları ilə
yanaşı, ABŞ, Kanada,
Yaponiya, Çin, Hindistan, Türkiyə və s. ölkələrdən
təşkilatlar iştirak
edir. Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin nümayəndə
heyəti London kitab sərgisinə ilk dəfə
2009-cu ildə qatılıb.
Azərbaycan tarixindən, mədəniyyətindən,
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı həqiqətlərdən
bəhs edən kitablar iştirakçılarda
böyük maraq doğurub. Belə mötəbər sərgidə iştirak ölkəmizin zəngin mədəniyyətinin, inkişaf
edən nəşriyyat-poliqrafiya
sahəsinin, kitab sənətinin təbliği
baxımdan, ümumən
Azərbaycanda aparılan
geniş quruculuq işlərinin dünyaya çatdırılması üçün
mühüm vasitədir.
Bu il
də ölkəmiz London
kitab sərgisində təmsil olunur. “Azərbaycan artıq
beynəlxalq sərgilərin
ənənəvi iştirakçısına
çevrilmişdir\" - deyə
Mədəniyyət və
Turizm Nazirliyinin Nəşriyyat, reklamın
təşkili və informasiya şöbəsinin
Nəşriyyat sektorunun
müdiri Çingiz Əlioğlu jurnalistlərə
müsahibəsində bildirib.
Sektor müdiri qeyd
edib ki, Azərbaycan kitabı dünyanın müxtəlif
ölkələrində keçirilən
beynəlxalq sərgilərdə,
tədbirlərdə nümayiş
olunur. Xalqımızın
bədii, elmi, ictimai-siyasi fikrini özündə ehtiva edən kitabları Azərbaycanın “mədəniyyət
elçisi” adlandıran
Ç.Əlioğlu vurğulayıb
ki, ölkəmizin keçdiyi tarixi inkişaf yolunda qarşılaşdığı çətinliklər, əldə
etdiyi bütün nailiyyətlər bu kitablarda öz əksini tapır. Müxtəlif dillərə tərcümə
olunaraq beynəlxalq aləmə inteqrasiya edən kitablarımız Azərbaycanın zəngin
incəsənətinin, tarixinin
və mədəniyyətinin
dünyada tanınmasında
böyük rol oynayır.
Milli ekspozisiyamızı təşkil etmək məqsədilə sərgidə
24 kvadratmetrlik sahədə
stend avadanlığı
quraşdırılıb. Burada ölkəmizin tarixinə, mədəniyyətinə,
ədəbiyyatına, turizm
imkanlarına, Qarabağa
həsr edilmiş 115 adda 200 nüsxədən çox kitab və reklam çap məhsulları nümayiş olunur. Maraqlananlara ölkəmizin mədəniyyəti
və tarixi haqqında ətraflı məlumat verilir, kitablar hədiyyə olunur.
Sərgi aprelin 17-də başa çatacaq.
* * *
Yeri gəlmişkən
Kitablarımız
Budapeşt festivalında
da nümayiş olunacaq
18-21 aprel
tarixində Macarıstanın
paytaxtı Budapeştdə
XX Beynəlxalq Kitab Festivalı keçiriləcək.
Tədbirdə ölkəmizi Mədəniyyət
və Turizm Nazirliyinin nümayəndələri
və "Azərnəşr"in
direktoru Azər Mustafazadə təmsil edəcək. Nazirlik tərəfindən
icarəyə götürülmüş
12 kv.m.-lik sahədə
Azərbaycanın mədəniyyəti,
nəşriyyat-poliqrafiya imkanları,
turizm potensialı haqqında 200-dən çox
adda kitab və reklam çap məhsulları nümayiş olunacaq.
Sərgi çərçivəsində "Heydər Əliyev: Müstəqilliyimiz əbədidir"
çoxcildliyinin təqdimatı
keçiriləcək, "Müstəqillik illərində
Azərbaycanda kitab sənətinin inkişafı"
adlı panel təşkil
olunacaq.
Mədəniyyət.-
2013.- 17 aprel.- S. 4.