“Azərbaycan mədəniyyətinin hamisi”

 

   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Qaradağ rayonunda ulu öndərin 90 illik yubileyi ilə bağlı “Azərbaycan mədəniyyətinin hamisi - Heydər Əliyev” mövzusunda tədbir keçirilib. İştirakçılar əvvəlcə Lökbatan qəsəbəsindəki Ə.Əmirov adına mədəniyyət sarayında ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və güllər qoyaraq xatirəsini yad ediblər.

   Sonra ulu öndərə həsr olunmuş rəsm və kitab sərgisinə baxış olub. Tədbir iştirakçıları müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən filmi izləyiblər. Konsert proqramı ilə davam edən tədbirdə rayonun mədəniyyət müəssisələri kollektivlərinin çıxışları maraqla qarşılanıb.

 

 

   Mədəniyyət.- 2013.- 17 aprel.- S. 5.