Qara Qarayev musiqisi XXI əsrin musiqi mədəniyyəti kontekstində

 

   Aprelin 12-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonundaQara Qarayev musiqisi XXI əsrin musiqi mədəniyyəti kontekstində” mövzusunda elmi konfrans keçirildi.

  

   Dahi bəstəkar, görkəmli pedaqoqictimai xadim, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dövlət mükafatları laureatı Qara Qarayevin 95 illik yubileyinə həsr edilmiş tədbir musiqiçinin adını daşıyan beynəlxalq festival ərəfəsində təşkil olunmuşdu.

   Konfransda çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə rəhbərlik etdiyi təşkilatın zəngin musiqi mədəniyyətimizin dünyada təbliği istiqamətində gördüyü işlərdən söz açdı:Bu günlərdə Ukraynanın paytaxtı Kiyevdə müasir Azərbaycan musiqisi günlərində iştirak etdik. Konsert proqramlarına müasir musiqimizlə bərabər klassik bəstəkarlarımızın da əsərləri daxil edilmişdi. Bu konsertlərin zirvəsi dünya şöhrətli bəstəkar Qara Qarayevin skripkaorkestr üçün yazdığı əsərlərin səslənməsi idi. Qara Qarayevin zəngin musiqisi daim Bəstəkarlar İttifaqının konsert salonunda tanınmış ifaçılarımız tərəfindən səsləndirilir, dahi bəstəkarın yaradıcılığına və fəaliyyətinə həsr olunmuş konfranslar, konsert proqramları təşkil edilir”.

   Konfransda musiqişünas, Əməkdar incəsənət xadimi, ABİ-nin katibi Zemfira Qafarovanın “Qara Qarayev - yeni bəstəkarlıq məktəbinin yaradıcısı”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmruz Əfəndiyevanın “Qara Qarayev yaradıcılığı xarici bəstəkarların gözü ilə”, “Qara Qarayevin harmonik dilinin novatorluğu”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramovanın “Qara Qarayev şəxsiyyətinin formalaşmasında və professional yüksəlişində ədəbiyyatın rolu”, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Xanbabayevanın “Qara Qarayevin əsərlərində süita janrının prinsiplərinin həyata keçirilməsi” mövzusunda məruzələri və digər iştirakçıların çıxışları dinlənildi.

   Sonda musiqiçilərin ifasında bəstəkarın yaradıcılığından “Piano üçün prelüdlər” və “Violinpiano üçün sonata”sı səsləndirildi.

 

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2013.- 17 aprel.- S. 6.