“Gerçək
və xəyali zaman”
Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı çərçivəsində aprelin 15-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Fransanın “Ensemble Accroche Note” ansamblının “Time, real and imaginary” (“Gerçək və xəyali zaman”) adlı kamera konserti olub. Ansamblın bədii rəhbəri Armand Angster, solisti isə Françoise Kublerdir. Kollektivə Anne-Cecile Cuniot (fleyta), Matthias Tranchant (violin), Elodie Adler (arfa) və Emmanuel Sejourne (zərb alətləri) daxildir.
Proqramda Mişel
Jarelin soprano, fleyta, klarnet, zərb alətləri,
arfa, violin, violonçel üçün
“Eco IIb”, Filipp Manurinin “Solo de vibraphone”,
Jorj Apergisin soprano və kontrabas klarnet üçün “Trois Couplets”, Lüka Françeskoninin soprano, fleyta, klarnet, vibraphone və violonçel üçün
“Time, real and imaginary”, Brayan Fernixounun bas klarnet solo
üçün “Time
and Motion Study” və Elmir Mirzəyevin
kontrabas klarnet və 4
ifaçı üçün “Le complexe de
Cain” əsərləri səsləndirilib.
Konsert musiqisevərlər tərəfindən
alqışlarla qarşılanıb.
* * *
Aprelin
16-da festival çərçivəsində
Azərbaycan Dövlət Filarmoniyasında Hollandiyanın “Asko Schönberg”
ansamblı “Avropa bu gün” adlı kamera konserti ilə çıxış edib. Dirijor - Reynbert de Leeuv.
Proqramda Salvatore Şyarrino (Sciarrino), İsang Yun, Lui Andrissen və Con Adamsın əsərləri səsləndirilib.
Mədəniyyət.-
2013.- 17 aprel.- S. 8.