Azərbaycan - beynəlxalq
turizmin vitrini
Euronews telekanalının internet saytında Bakıda keçirilmiş «AİTF-2013» beynəlxalq
turizm və səyahətlər sərgisindən
bəhs edən məqalə dərc olunub. Yazıda sərgiyə 30-dan çox ölkədən
şirkətlərin qatıldığı,
Azərbaycanın turizm
bazarına ciddi maraq olduğu diqqətə çatdırılıb.
Məqalədə vurğulanır ki,
son dövrlər Avropanın
turizm sənayesi böhranla üzləşib.
Fransaya
ABŞ və Yaponiyadan
gələn turistlərin
sayı kəskin azalıb. Səbəb kimi maliyyə
böhranı, Avropa ölkələrinin turizm
sənayesində özünü
göstərən mənfi
amillər göstərilib.
Məqalədə
bildirilir ki, böhran məngənəsindən
xilas ola
bilməyən Yunanıstan
çıxış yolunu
turizmin inkişafında
görür və bu sahəni inkişaf etdirmək üçün yollar axtarır. Bakı-Afina təyyarə reysinin
nəzərdə tutulması
da bu məramdan
irəli gəlir.
«İstər
yerli, istərsə də xarici mütəxəssislər Azərbaycanda
turizmin imkanlarının
getdikcə təkmilləşdirildiyini
vurğulayırlar. Ölkənin iqtisadi inkişafında mühüm rol oynayan neft sənayesi
ilə yanaşı, qeyri-neft sektoru kimi turizm imkanlarının
da inkişafı hökumətin diqqət mərkəzindədir. Son illər bu sahədə
müəyyən irəliləyişlər
əldə edilib», - deyə məqalədə
bildirilir.
Fəxriyyə
Mədəniyyət.-
2013.- 17 aprel.- S. 9.