Balaca ifaçılar Türkiyədə beynəlxalq festivalda

 

   Türkiyənin İzmir şəhərində TRT kanalının təşkilatçılığı ilə 45 ölkədən 750 uşağın qatıldığı beynəlxalq uşaq festivalı başlayıb.

    Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün balacalara ərməğan etdiyi 23 aprel - “Milli suverenlikuşaq bayramı” çərçivəsində keçirilən festivalda ölkəmizi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən yaradıcılıq studiyasının “Təbəssüm” rəqs kollektivi təmsil edir.

   Festivalın açılışında İzmir valisi Cahit Kıraç və digər rəsmilərin iştirakı ilə şəhərin mədəniyyət mərkəzindəki “Uşaq ölkəsi” adlanan ərazidə müxtəlif ölkələrdən olan uşaqlar dövlət bayraqları ilə birgə yürüş keçiriblər. Azərbaycanlı balacalar üçrəngli dövlət bayrağımızı dalğalandırıblar.

   Sonra uşaqlar meydanda maraqlı konsert proqramı ilə çıxış ediblər. Onların ifasında milli rəqslərimiz alqışlarla qarşılanıb.

   Festivala gəlmiş uşaqlar Ankaraİstanbulda da konsert proqramları ilə çıxış edəcək, Türkiyənin dövlət və hökumət başçıları ilə görüşlər keçirəcəklər.

   Balacaların çıxışları aprelin 23-də TRT kanalı ilə canlı yayımlanacaq.

 

 

   Mədəniyyət.- 2013.- 17 aprel.- S. 11.