Dövlət
rəmzləri tələbələr arasında təbliğ
olunur
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan Turizm İnstitutunda (ATİ) «Dövlət rəmzlərimizi sevək və sevdirək» mövzusunda tədbir təşkil olunub.
Tədbirdə «Türkiyə Universitetləri Məzunları» İB-nin sədri Çingiz Bayramov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüsal Quliyev, institutun dekanı Sevda Vəzirova, TUMİB-in Gənclər Mərkəzinin sədr müavini Elşən Hacıyev çıxış edərək layihənin aktuallığından danışıblar.
Tədbir iştirakçılarına dövlətçilik atributlarımız - bayraq, gerb və himnimiz, onların yarandığı tarixi-siyasi vəziyyət barədə ətraflı məlumat verilib. Bildirilib ki, rəmzlər dövlətçilik ənənələrini əks etdirməklə bərabər, həm də ölkənin tarixi keçmişindən gələn və gələcəyə istiqamətlənən özünəməxsusluğun simvoludur. Prezident İlham Əliyevin sərəncamı ilə hər il noyabrın 9-da Dövlət Bayrağı Gününün qeyd edildiyi nəzərə çatdırılıb. Sonda tələbələrə TUMİB tərəfindən diplomlar təqdim olunub.
Fəxriyyə
Mədəniyyət.-
2013.- 17 aprel.- S. 12.