Ulu öndərin 90 illiyinə həsr olunur

 

   Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Füzuli Rayon Mədəniyyət Turizm Şöbəsində müxtəlif tədbirlər təşkil edilib. Yubiley günləri ərəfəsində rayon uşaq incəsənət musiqi məktəbləri arasında xanəndəlik ixtisası üzrə 2 turdan ibarət baxış-müsabiqəyə start verilib. 6-9 aprel tarixlərində keçirilən I turda 12 musiqi məktəbi üzrə 52 şagird iştirak edib 21 şagird növbəti tura keçib. Aprelin 11-də keçirilən II turda 12 şagird müsabiqənin yekun mərhələsinə vəsiqə qazanıb. Yekun tur aprelin 18-də Horadiz şəhərindəki Muğam mərkəzində keçiriləcək.

   Müsabiqənin proqramına əsasən ifaçılar tərəfindən muğam, ritmik muğam, xalq mahnısı bəstəkar mahnısı təqdim olunacaq. Qaliblər diplomlarla təltif olunacaqlar.

   Bundan əlavə, Füzuli Rayon Mədəniyyət Turizm Şöbəsi tərəfindən xalq çalğı alətləri ifaçılarının baxış-müsabiqəsi keçiriləcək. Aprelin 20-də başlanacaq müsabiqəyə mayın 10-da yekun vurulacaq.

 

 

   Elmin İdrisli

 

   Mədəniyyət.- 2013.- 17 aprel.- S. 15.