Beş yaşlı ədəbi dərgi

 

   Rübdə bir dəfə nəşr olunan və ötən müddət ərzində çoxsaylı oxucuların rəğbətini qazanan «Mingəçevir leysanı» ədəbi jurnalının bu günlərdə işıq üzü görən 20-ci sayı ilə beş yaşı tamam olub. Yubiley sayında baş redaktor İsmayıl Mərcanlının nəşrin beşillik fəaliyyətinə həsr edilmiş «Yolçu yolda gərək» adlı yazısı, Milli Məclisin üzvü Aydın Mirzəzadə, Mətbuat Şurasının sədri Əflatun Amaşovun, tanınmış ziyalıların təbrikləri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla söhbət yer alıb.

   Jurnalın yeni sayında Ramiz İsmayılov, Rəfail Tağızadə, İsa Cavadoğlu və başqalarının şeirləri, nəsr bölümündə Zümrüd Rəhimova, Qorxmaz Abdulla, Svetlana Məcidovanın, Zahid Qasımlının yeni əsərləri, maraqlı yazılar oxuculara təqdim olunur. Beş yaşın sevincini oxucularla paylaşan dərgini ərsəyə gətirənlərə yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

   Mədəniyyət.- 2013.- 17 aprel.- S. 15.