Milli Parkda rusiyalı dizaynerin layihəsi

 

   “YARAT!” Müasir İncəsənət Məkanı “PARTICIPATE” Baku Public Art” festivalı iştirakçılarının işlərinin təqdimatını davam etdirir.

   Builki festival müddətində Azərbaycan, Gürcüstan, Rusiya, ABŞ, Portuqaliya Hollandiyadan olan müəlliflərin əsərlərinin 10 təqdimat mərasimi 10 interaktiv layihəsi nəzərdə tutulub.

   Aprelin 17-də festival çərçivəsində Dənizkənarı Milli Parkda, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında rusiyalı gənc dizayner rəssam Natalya PastuxovanınYaxşı it” adlanan layihəsi təqdim edilib.

   Rəssam Şərqdə Qərbdə itə qarşı münasibəti bir mövzu olaraq götürüb. Müxtəlif it portretləri silsiləsinin əsas ideyası ondan ibarətdir ki, küçədə gördüyünüz istənilən yiyəsiz it yaşadığı mühitin şəhərin güzgüdə olan əksidir. İt (zalım, mehriban, vəfalı, istiqanlı, yiyəsiz) bizə özümüz haqqında çox şey danışa, bizi insanlığımız barədə düşünməyə vadar edə bilər.

 

 

    Mədəniyyət.- 2013.- 19 aprel.- S. 4.