Gənc
bəstəkar beynəlxalq müsabiqədə
Aprelin 18-də Ukraynanın Nikolayev şəhərində “PentaTON” Beynəlxalq musiqi müsabiqəsi başlanıb.
Ukrayna Milli Bəstəkarlar İttifaqı tərəfindən 2009-cu ildən keçirilən müsabiqədə musiqi məktəblərinin, ali məktəblərin akustik musiqi alətləri və səs üçün musiqi bəstələyən şagird və tələbələri iştirak edirlər.
Builki müsabiqədə Azərbaycanı Bülbül adına orta ixtisas musiqi məktəbinin 9-cu sinif şagirdi Əli Məmmədov təmsil edir. Bəstəkar kimi ilk addımlarını atan azərbaycanlı gənc Taras Şevçenkonun sözlərinə bəstələdiyi “Romans”ı, “Prelüdiya” və “Ukraynanın qırmızı Piteri” (4 hissə) proqram süitasını münsiflər heyətinin və dinləyicilərin mühakiməsinə verəcək. Əli Məmmədov bu əsərləri fortepianoda ifa edəcək.
Müsabiqə
8-25 yaşında olan bəstəkarlar üçün açıqdır. Təşkilatçılar
qeyd edirlər ki, “PentaTON”un əsas məqsədi
bəstəkarların yarışması olmaq
deyil. Bu
görüşlərin mühüm elementini müsabiqə
iştirakçıları ilə musiqini
yaxşı bilən peşəkarlar və bəstəkarlar
arasında birbaşa yaradıcılıq
ünsiyyətinin yaradılması təşkil edir.
Mədəniyyət.-
2013.- 19 aprel.- S. 4.