“Azərbaycan mədəniyyəti”
Ulu öndərin 90 illiyinə
həsr edilmiş bilik müsabiqəsi davam edir
Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Azərbaycan mədəniyyəti” mövzusunda
uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri
arasında respublika bilik müsabiqəsinin zona turları davam edir. Müsabiqənin məqsədi Azərbaycan
mədəniyyətinin tarixi
və müasir nailiyyətləri barədə
gənclərə biliklərin
aşılanması, böyüməkdə
olan nəslin mənəvi və estetik tərbiyəsinin gücləndirilməsi, ümummilli
lider Heydər Əliyevin zəngin irsinin təbliğidir.
Saatlı şəhərində keçirilən
zona turunda 11 rayonun - Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Beyləqan,
Xocavənd, Laçın,
Füzuli, Kəlbəcərin
uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri
iştirak ediblər.
Müsabiqə iştirakçıları əvvəlcə Saatlı
şəhərində ümummilli
liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Şagird və müəllimlər Heydər
Əliyev Mərkəzi,
Tarix-Diyarşünaslıq Muzeyi və rəsm qalereyası ilə tanış
olublar.
Sonra müsabiqəyə start verilib.
Bilik müsabiqəsinin yekununda
qaliblər müəyyən
edilib. Müsabiqənin yekun turu və qaliblərin təltif olunma mərasimi mayın 10-da Bakıda keçiriləcək.
Mədəniyyət.-
2013.- 19 aprel.- S. 5.