Müasir musiqi festivalı başa çatır
Bakıda Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev adına V Beynəlxalq
Müasir Musiqi Festivalı çərçivəsində
aprelin 17-də iki konsert proqramı təqdim olunub.
Müslüm Maqomayev adına
Azərbaycan Dövlət
Filarmoniyasının kamera
və orqan musiqisi zalında gerçəkləşən “Orqan+”
adlı konsertdə rusiyalı orqan ifaçısı Marianna Vısotskaya
çıxış edib.
Proqramda rusiyalı bəstəkarların
əsərləri ilə
yanaşı, dahi bəstəkar Qara Qarayevin də yaradıcılığından nümunələr səsləndirilib.
Azərbaycan Dövlət Filarmoniyasında
“İnteryerdə portret”
adlı konsert də musiqisevərlər tərəfindən böyük
maraqla qarşılanıb.
Konsertdə Hollandiyanın “Asko
Schönberg” ansamblı
çıxış edib.
Ansamblın solistləri Azərbaycandan
Fəridə Məmmədova
(soprano) və Hollandiyadan
Hans Voudenberg (violençel),
dirijor isə Reinbert de Leudur.
Proqramda Aleksandr Skryabinin “Sonata ¹
10” (ansambl üçün
işlənməsi Fərəc
Qarayevə məxsusdur),
Fərəc Qarayevin “Hommage a Alexei Lubimov”, “...a crumb of music for George Crumb” və “Ist es
genug?” əsərləri
səsləndirilib.
* * *
Aprelin 18-də Azərbaycan Dövlət Filarmoniyasında
festivalın növbəti
konsert proqramı gerçəkləşib. "Qeyri-bəstəkar John Cage.
Postminimalistlərin yazışması" adlı konsertdə tanınmış pianoçular
Aleksey Lübimov (Rusiya)
və İvan Sokolov (Rusiya/Almaniya) çıxış
ediblər.
Həmin gün festival çərçivəsində
daha bir tədbir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında
keçirilib. Görkəmli alman bəstəkarı
Mauricio Kagelin “Variete” əsəri “Con Tempo” ansamblı
(Azərbaycan və “Avatara” rəqs qrupunun (Almaniya/İspaniya) ifasında təqdim olunub. Dirijor Vladimir Runçak (Ukrayna), solist Eva Zöllner (akkordeon, Almaniya) idi.
* * *
Qara Qarayev adına
V Beynəlxalq Müasir
Musiqi Festivalı bu gün, aprelin
19-da başa çatacaq.
Dövlət Filarmoniyasında
keçiriləcək bağlanış
mərasimində Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Rauf Abdullayev)
çıxış edəcək.
Solistlər Fəridə Məmmədova
(soprano) (Azərbaycan), Nikolas Reksrot (piano) (Almaniya),
“Questa musica” kamera xoru (Rusiya, Moskva),
bədii rəhbər
Filipp Çijevskidir.
Mədəniyyət.-
2013.- 19 aprel.- S. 5.