Zirvələrə doğru

 

   Konsert-müsabiqənin seçim turları sona çatıb

  

   Heydər Əliyev Sarayının təşkil etdiyiZirvələrə doğrukonsert-müsabiqənin seçim turları yekunlaşıb. Tanınmış mədəniyyət incəsənət xadimlərindən ibarət komissiya tərəfindən istedadlı iştirakçılar seçilərək böyük konsert proqramında iştirak etməyə haqq qazanıblar. Onların arasında muğam, xalq estrada mahnıları, aşıq, bədii qiraət müxtəlif musiqi alətlərində ifaçılıq bacarığı olan iştirakçılar üstünlük təşkil edir.

   Seçim komissiyası Heydər Əliyev Sarayının direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev, Sarayın baş rejissoru Gülçöhrə Şəfiyeva, əməkdar artistlər Ağacəbrayıl Abbasəliyev, Təyyar Bayramov, Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli, Əməkdar mədəniyyət işçisi, aşıq Nemət Qasımlı, Azərbaycan Sosial Müasir Rəqs Assosiasiyasının sədri Əziz Əzizovdan ibarət idi.

 

 

   Mədəniyyət.- 2013.- 19 aprel.- S. 5.