Düşündürən aktyor

 

   Əli Zeynalov - 100

  

   Aprelin 16-da Akademik Milli Dram Teatrında Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə görkəmli teatr kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı Əli Zeynalovun 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi.

  

   Gecənin aparıcısı Xalq artisti Nurəddin Mehdixanlı çıxışında Azərbaycan teatrının keçdiyi yola nəzər saldı, bu il 140 yaşı tamam olan peşəkar teatrımızda böyük sənətkarların əvəzsiz xidmətləri olduğunu qeyd etdi: “Azərbaycan teatrı 100 il bundan qabaq vardı, bu gün var, min il bundan sonra yenə olacaq. Çünki bu teatrın təməlində, kökündə millətə xidmət dayanır. Bu teatrın əsası bizim böyük sənətkarlar, böyük ziyalılar tərəfindən qoyulub. Bu böyük sənətkarlardan biri Əli Zeynalov idi”.

   Qeyd olundu ki, Əli Zeynalovun sənəti Azərbaycan teatrının çox önəmli, çox dəyərli səhifələrindən birini təşkil edir. O, görkəmli teatr, kino aktyoru olmaqla yanaşı, əvəzsiz bədii qiraət ustası idi. Sənətkar Akademik Milli Dram Teatrında çalışdığı 30 il ərzində bir-birindən maraqlı rollar oynayıb, “Şeyx Sənan”da Şeyx Sənan, “Səyavuş”da Keykavus, “Od gəlini”ndə Elxan, “Aydın”da Dövlət bəy, “Eşq intiqam”da Çingiz, “Vaqif”də Qacar, “Antoni Kleopatra”da Anton, “Fərhad Şirin”də Fərhad, “Sən həmişə mənimləsəntamaşasında Həsənzadə rollarını böyük ustalıqla yaradıb.

   Əli müəllimin yubileyi ilə bağlı tamaşalardan parçalar axtararkən Amaliya xanımın Əli müəllimin iştirak etdiyiSən həmişə mənimləsəntamaşasından başqa onun teatr fəaliyyəti ilə bağlı lentə alınmış tamaşa tapa bilmədik. Bu, acı bir həqiqətdir. yaxşı ki, Əli müəllim filmlərə çəkilib, Əli Zeynalovun necə aktyor olduğunu bilmək üçün biz ancaq o kinolara baxmalı olacağıq”, - deyən Nurəddin Mehdixanlı uzun illər səhnədə Əli Zeynalovla tərəf-müqabil olan Xalq artisti, professor, səhnəmizin əvəzsiz Nargiləsi Amaliya Pənahovanı bu sözlərlə səhnəyə dəvət etdi: “Sən həmişə mənimləsəntamaşasından başqa bütün yaradıcılıqları boyu heç oynamasaydılar belə, Əli Zeynalov Amaliya Pənahova Azərbaycan milli teatr tarixində məhz bu tamaşa ilə qalacaqdılar. Bu, Azərbaycan teatrında yeni bir mərhələ idi”.

   Xalq artisti Amaliya Pənahova öz yaradıcılığı, qüdrəti, istedadı, alicənablığı ilə adını qızıl hərflərlə Azərbaycan teatr tarixinə yazan Əli Zeynalovla bağlı xatirələrini gecənin iştirakçıları ilə bölüşdü: “18 yaşım vardı, çox qüdrətli rejissorumuz Tofiq Kazımov məni - ikinci kurs tələbəsini Akademik Dram Teatrının səhnəsinə dəvət etdi, səhnəyə ilk tərəf-müqabilimlə - Əli müəllimlə çıxdım. Əli müəllim o vaxt Xalq artisti idi, tamaşaçıların sevimlisi idi. O, öz sənəti ilə artıq Azərbaycan teatr tarixinə möhür vurmuşdu. Amma onunla ilk ünsiyyətdə mən bu qüdrətli sənətkarın böyük insanlığı, alicənablığı, təvazökarlığı ilə rastlaşdım”.

   Xalq artisti İlyas ƏfəndiyevinSən həmişə mənimləsəntamaşasından sonra dramaturqunMənim günahıməsərində, Bəxtiyar VahabzadəninYağışdan sonra”, U.ŞekspirinHamlet”ində televiziya tamaşalarında Əli Zeynalovla tərəf-müqabil olduğunu bu böyük sənətkardan sənətin incəliklərini öyrəndiyini bildirdi.

   Xatirə gecəsində teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarlı Əli Zeynalovun sənət yolundan söz açdı: “Mən çıxışıma bu gün 100 illik yubileyinə yığışdığımız böyük sənətkarımızın öz qələmi ilə yazdığıİki ömrüm olsaydı...” kitabının son səhifəsindəki sözlərlə başlamaq istəyirəm. Əli müəllim yazır: “Bəzən düşünürəm, görəsən, mən həyatda ayrı bir yol tuta bilərdimmi? Görəsən, könlümü başqa bir sənətə verə bilərdimmi? Sevdiyim sənətin yollarında çəkdiyim əzab-əziyyətlər, müvəffəqiyyətsizliklər məni bu sənətdən uzaqlaşdıra bilərdimi? Əlbəttə yox. Çünki hər bir müvəffəqiyyətli tamaşa bu tamaşada ifa etdiyim rol üçün qazandığım sevinc qəlbimi qürur hissi ilə doldurur. Düşünürəm, əgər mənim iki ömrüm olsaydı, onu yenə sevdiyim sənətə qurban verərdim”.

   Vidadi Qafarlı sənətkarın həyatı çoxşaxəli yaradıcılığı barədə iştirakçılara ətraflı məlumat verdi.

   Kinoşünas, professor Aydın Dadaşov aktyorun kino fəaliyyətindən danışdı. Qeyd olundu ki, Əli Zeynalov teatr aktyoru olmaqla yanaşı, filmlərdə yaratdığı bənzərsiz obrazlarla da yadda qalıb. Böyük sənətkarKölgələr sürünür”də İmamzadə, “Bir qalanın sirri”ndə Simnar xan, “Səhər”də Abuzər bəy, “Xoşbəxtlik qayğıları”nda Zəkiyyənin atası, “Üzeyir ömrü”ndə Həsən bəy Zərdabi başqa parlaq rollar yaradıb.

   Xalq artisti Rafiq Əzimov Əli Zeynalovla bağlı unudulmaz xatirələrini danışdı.

   Azərbaycan dublyaj sənətinin inkişafında Əli Zeynalovun xidmətləri xüsusi ilə qeyd edildi. Aktyor 25 bədii, 5 sənədli filmin səsləndirilməsində iştirak edib. Azərbaycanda keçmiş ümumittifaq məkanında böyük şöhrət qazanan Xalq artisti Nodar Şaşıqoğlunun ekran obrazlarının çoxunu Əli Zeynalov uğurla səsləndirmişdi. Mehdi (“Uzaq sahillərdə”), Zakir (“Telefonçu qız”), Fərman (“Əsl dost”) başqa obrazlar milli kinomuzun uğurlu ekran personajlarıdır. Bundan başqa, “Qanun naminəfilmində Vahidov, “Görüş”də Kamil, “Bizim küçə”də Fuad, “Romeo mənim qonşumdur”da Arif başqa obrazların sevilməsində Əli Zeynalovun səsi xüsusi rol oynayıb.

   Uzun illər Dövlət İncəsənət İnstitutundasəhnə danışığıfənnindən dərs deyən sənətkar əvəzolunmaz pedaqoq kimi yad edildi.

   Yubiley gecəsində Əli Zeynalovun çəkildiyi filmlərdən fraqmentlər göstərildi, lent yazıları səsləndirildi, tanınmış musiqiçilərin ifasında gözəl musiqilər gecəyə xüsusi rəng qatdı.

   Milli teatr tariximizdə xarakterlər ustası düşündürən aktyor kimi qalan böyük sənətkar, böyük insan şəxsiyyət 100 ildən sonra gül-çiçəklə yad ediləcək, xatırlanacaq, anılacaq alqışlanacaq.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2013.- 19 aprel.- S. 6.