Koreyada Azərbaycan kulinariya
festivalı
Aprelin 16-da ölkəmizin Koreya Respublikasındakı səfirliyi və SEBA-nın (Azərbaycan-Koreya Mədəniyyət Assosiasiyası) dəstəyi ilə Seul şəhərinin “Millennium Hilton” mehmanxanasında Azərbaycan kulinariya festivalının açılış mərasimi keçirilib.
Səfirliyin müvəqqəti işlər vəkili R.Teymurov dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biri olan Azərbaycan mətbəxinin Koreya Respublikasında ilk dəfə təqdim olunduğunu və bu hadisənin hər iki ölkənin mədəniyyətlərinin təbliği və təşviqində, eləcə də ikitərəfli əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağını qeyd edib. Azərbaycan Milli Kulinariya Assosiasiyasının baş aşpazı Anar Qasımov Azərbaycan yeməklərinin xüsusiyyətləri haqqında danışıb, festivalda milli mətbəximizin ən ləziz yeməklərini Koreya vətəndaşlarına təqdim edəcəyini bildirib.
Tədbir
çərçivəsində Azərbaycanın mədəniyyət
və incəsənət əsərlərinin nümunələri
nümayiş etdirilib,
Azərbaycan mətbəxinin plov, aş qara, quzu
kababı, dana basdırması kimi ləziz yeməkləri qonaqlara
təqdim edilib. Festival Seul
şəhərinin “Millennium Hilton” mehmanxanasında aprelin 30-dək
davam edəcək.
Mədəniyyət.- 2013.-
19 aprel.- S. 8.