Ölkəmizin gözəllikləri
“Civilization week” sərgisində
Misirin paytaxtı Qahirənin ən məşhur ali təhsil
ocaqlarından olan “Ayn-Şəms” Universitetlərində
milli mədəniyyətlərin
“Civilization week” (“Sivilizasiyalar həftəsi”) adlı beynəlxalq sərgisi açılıb. Sərgi
Azərbaycan, Çin,
Malayziya, Oman və Afrika qitəsinin müxtəlif ölkələrindən
olan tələbələrin
iştirakı ilə
təşkil edilib.
Ölkəmizin
Misirdəki səfirliyi
bu ali
məktəbdə təhsil
alan azərbaycanlı
tələbələrlə ölkəmiz üçün
ayrılmış çadırda
Azərbaycan stendini təşkil edib. Stenddə milli mədəniyyətin bütün
atributları - xalq çalğı alətləri,
milli kostyumlar, xalçalar, suvenirlər,
müxtəlif xırdavat,
dekorativ-tətbiqi sənət
əsərləri yer
alıb. Stendin yaxınlığında quraşdırılan
ekranda ölkəmizin
turizm potensialı barədə videoçarxlar,
Azərbaycanın görməli
yerlərinin rəngarəng
təsvirləri nümayiş
etdirilib.
Azərbaycan stendi ilə tanış olan universitetin prorektoru doktor Əbdül Vəhhab Ezzat bu təşəbbüsə
qoşulduğuna görə
Azərbaycanın Qahirədəki
səfirliyinə minnətdarlığını
bildirib.
Azərbaycan diplomatları tədbir iştirakçılarına ölkəmizin
zəngin mədəniyyəti
və qədim ənənələri, onun
müasir siması və sürətli inkişafı barədə
məlumat veriblər.
Ziyarətçilərə Azərbaycanın tarixi, mədəni irsi, xalçalarından söz
açan kitablar,
“Baku” və “İrs” jurnalları hədiyyə
edilib. Sərgi aprelin
17-də başa çatıb.
Mədəniyyət.-
2013.- 19 aprel.- S. 8.