Elektron vizanın üstünlükləri
Yenilik ölkəmizə gələn turistlərin sayını artıracaq
Ölkə Prezidentinin «Azərbaycan Respublikasına gələn
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
viza rəsmiləşdirilməsi
sahəsində təxirəsalınmaz
tədbirlər haqqında»
ötən il
noyabrın 30-da imzaladığı
sərəncama uyğun
olaraq, bu il aprelin 3-dən turistlər üçün
onlayn viza sisteminin tətbiqinə başlanılıb. Artıq Azərbaycana
gəlmək istəyən
əcnəbilər vizaları
elektron qaydada əldə edə bilirlər.
Mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev bu günlərdə jurnalistlərə
müsahibəsində elektron
vizanın tətbiqinin
ölkəyə gələn
qonaqların sayını
artıracağını deyib.
Nazir bildirib ki, bununla 30-a yaxın turizm şirkəti ilə danışıqlar aparılıb:
“Onların əməkdaşları
müvafiq treninqlərdən
keçib və lisenziyalaşdırılıb. Sözügedən turizm şirkətləri
xarici vətəndaşlara
elektron qaydada vizanı verə biləcək və ümid edirəm ki, bu, ölkəyə
gələn xarici vətəndaşların sayına
müsbət təsir
göstərəcək».
Azərbaycana gələn əcnəbi
vətəndaşlara elektron
viza 20 ABŞ dollarına
təklif olunur.
Bu işdə təcrübə
və əməkdaşların
peşəkarlığı lazımdır
Azərbaycan Turizm Assosiasiyası
İdarə Heyətinin
sədri Nahid Bağırovun sözlərinə
görə, bundan əvvəl turistlər viza almaqda müəyyən
çətinliklərlə rastlaşırdılar. Onlar
viza almaq üçün Azərbaycanın
bu və digər ölkədəki
səfirliyinə müraciət
etməli idilər: «Əgər Azərbaycana səfər etmək istəyən turist Almaniyanın hər hansı şəhərində
yaşayırsa, o, Azərbaycanın
bu ölkədəki səfirliyinə getməli,
müvafiq sənədləri
təqdim etməli idi. Təbii ki, bu, turistlər üçün
əlverişli hal deyildi. Artıq onlayn viza rejiminin tətbiqinə başlanılıb. Bu o deməkdir ki, turist heç bir səfirliyə getmədən yalnız öz pasportunun surətini turizm şirkətinə göndərməklə
onlayn viza ala bilər».
N.Bağırov
qeyd etdi ki, bu istiqamətdə
fəaliyyət göstərməsi
üçün hələlik
30-a yaxın turizm şirkətinə lisenziya
verilib, amma bu say artırıla bilər: «Bilirsiniz ki, viza verilməsi
kifayət qədər
əhatəli prosesdir.
Müraciət edənlərin sənədləri
müəyyən qurumlar
tərəfindən nəzərdən
keçirilir. Bu prosedurları həyata keçirmək üçün
isə turizm şirkətlərinin təcrübəsi
və əməkdaşlarının
peşəkar olması
lazımdır. Təbii ki,
lazım olan meyarlara cavab verən turizm şirkətlərinə bunun
üçün lisenziya
veriləcək».
Assosiasiya sədri bildirdi ki, turistlər onlayn qaydada vizaları 14 iş günü müddətində
əldə edə bilirlər: «Düşünürəm
ki, elektron vizaların verilməsi Azərbaycana gələn turistlərin sayının
artmasına gətirib
çıxaracaq. Bu istiqamətdə artıq irəliləyiş müşahidə
olunur. Nəinki Avropa ölkələrindən,
hətta Çindən
də sifarişlər
alırıq».
Turizmdə yeni səhifə
Elektron vizaların tətbiqi
ilk növbədə turizm
şirkətlərinin işini
asanlaşdırır. Bunu isə «Millennium Tourism
& Congress DMC»nin direktoru Ruslan Quliyev dedi. Onun
sözlərinə görə,
turizm şirkətlərinin
rəhbərləri də
bu yeniliyi yüksək dəyərləndirirlər:
«Ölkə başçısı
tərəfindən belə
bir sərəncamın
imzalanması Azərbaycanda
turizmin inkişafında
və ölkəyə
turistlərin cəlb olunmasında yeni səhifənin açılması
deməkdir. Çünki biz turizm şirkəti
olaraq əvvəllər
bu sahədə müəyyən bürokratik
amillərlə qarşılaşırdıq.
Artıq daha sadə və asan yolla turistlərə
vizaların alınmasına
nail ola biləcəyik.
Bu isə eyni
zamanda Azərbaycana daha çox turist cəlb olunmasına zəmin yaradır. Yeni qayda turizm şirkətlərinin fəaliyyətinə
müsbət təsir
edəcək».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2013.- 19 aprel.- S. 9.