Mehmanxanaturizm şirkətlərinə lisenziya verilib

 

   Mədəniyyət və Turizm Nazirliyi mart ayı ərzində bir sıra turizm şirkətlərinə, mehmanxanamehmanxana tipli obyektlərə fəaliyyətlə bağlı lisenziya verib. Ölkə Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»a və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq aşağıdakı mehmanxanamehmanxana tipli obyektlər lisenziya alıb: «Qala” istirahət mərkəzi (Masallı rayonu Qəriblər kəndi), «Noah`s Ark» və “Meridian» mehmanxanaları (hər ikisi Bakı şəhərində). Lisenziya alan turizm şirkətləri: «İntur» MMC, «Magellan Travel» MMC, «İntourist Travel» MMC.

   Bununla yanaşı, «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»ın 5.1.1. bəndinə əsasənə, «AQ Horizont Travel» MMC- verilmiş lisenziyanın fəaliyyəti dayandırılıb.

 

 

   Fəxriyyə

 

   Mədəniyyət.- 2013.- 19 aprel.- S. 9.