Əbədiyyət düsturu

 

  Qara Qarayevin yaradıcılığı haqqında dinləyici düşüncələri

  

   Qara Qarayev (1918-1982). SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, Lenin mükafatı laureatı.

  

   Təəssüf və təəccüb doğuran haldır: yeni nəsil Qara Qarayevin yaradıcılığı ilə arzuolunan səviyyədə tanış deyildir. Əsərləri dünyanın müxtəlif musiqi salonlarında səslənən, milyonlarla insanı həyəcanlandıran, vəcdə gətirən Qara Qarayev dühasına bu gün daha çox sırf insəsənət təmayülü üzrə fəaliyyət göstərən insanlar maraq göstərirlər. Amma mən əminəm ki, təkcə ayrı-ayrı musiqi mütəxəssisləri deyil, çoxsaylı sənət təəssübkeşləri də zaman-zaman Qarayev melodiyalarına üz tutacaq, Qarayev musiqisindən qidalanacaqlar.

   Hələ çox gənc yaşlarından parlaq istedad kimi üzə çıxan, əsərləri böyük musiqi korifeylərinin diqqətini cəlb edən Qara Qarayevin sənət yolu elə də hamar olmamışdır. O, öz həmkarları arasında bəlkə də ən çox tənqidə məruz qalan, yaradıcılığı daim mübahisə doğuran sənətkarlardan biri və bəlkə də birincisidir.

   Nəyə görə bir çoxları "həzm edə" bilmirdilər Qarayev musiqisini? O zamankı siyasi elitanın "nəzəriyyəçiləri" onu qərbpərəstlikdə, "kütlə nümayəndələri" isə hədsiz "abstraktçılıq"da ittiham edirdilər...

   Yadımdadır, mən uşaq olarkən (60-cı illərdə) əlimə keçən, 1947-ci ildə çap olunmuş bir broşürdə o vaxtkı respublika MK-nın birinci katibi Mircəfər Bağırovun insəsənət, mədəniyyət və ədəbiyyat xadimlərinin hansısa toplantısında məruzəsi verilmişdi. Bağırov öz çıxışında Qərbə meylli gənc bəstəkar Qara Qarayevi tənqid edir, habelə gənclərin ideya-siyasi tərbiyəsi ilə ciddi məşğul olmamaqda suçladığı dahi Üzeyir Hacıbəyliyə qarşı ittihamlar irəli sürürdü. Sonralar bu "tarixi çıxışdan" bəhrələnən tənqidçilər uzun müddət Qarayevi "burjua musiqisinə" rəğbətdə suçlandırdılar.

   Doğrudanmı Qara Qarayev Qərbə meylli sənətkar idi? Bu sualın savabı qısa və birmənalıdır: bəli. Və burada təəccüblü heçyoxdur. Bəyəm Bethoven, Bax, Ştraus, Vaqner musiqisindən bəhrələnmədən, öyrənmədən nəhəng əsərlər yazmaq mümkündürmü? Böyük sənət heç zaman hansısa qapalı "muxtariyyətlə" məhdudlaşa bilməz. Onun üfüqləri əlçatmaz və sonsuzdur. Lakin Qarayev yad ladların axarında itib-batan, doğma musiqimizə arxa çevirən, ötəri "dəblə ayaqlaşmağa" çalışan bəstəçi deyildi. O, bütün ruhu ilə şərqli, daha doğrusu, azərbaycanlı idi. Onun əsrarəngiz musiqisi iki qütbün - Şərq və Qərbin əbədi bağlantısından, ittifaqından bəhrələnməklə araya-ərsəyə gəlmişdi. Bu musiqidə izahı çətin olan bir harmoniya, üzvi vəhdət vardı. Bu vəhdəti, bir qədər bayağı da çıxsa, ürəklə beyinin qarşılıqlı əlaqəsi kimi dəyərləndirmək olar. Onun əsərlərinin üslubi-stilistik cəhətlərində Qərb çaları möhkəm yer tutursa, mahiyyət qatlarında - kvintessensiyasında Şərq nüansları aydın nəzərə çarpır.

   Qara Qarayev melodiyalarının ruhuna folklorumuzdan, xalq musiqilərimizdən gələn notlar hopub. Əgər diqqət kəsilən olsa, aydınca görər ki, onun əksər fundamental əsərlərində muğam rənglərimizin, aşıq mahnılarımızın müxtəlif qammaları qərarlaşıb. Qarayev xalq musiqisindən öyrənir, habelə öz qeyri-adi yaradıcılığı ilə xalq çeşməsindən necə bəhrələnməyin sivil nümunəsini göstərirdi. Onun "Yeddi gözəl", "İldırımlı yollarla" baletləri, "Don Kixot" simfonik qravürü, "Leyli Məcnun" simfonik poeması, "Zəriflik" mono operası, "Dostluq himni" kantatası bu dediklərimizə yaxşı misaldır. Mən fikrimə illüstrasiya üçün oxuculara konkret faktları xatırlatmaq istərdim: böyük bəstəkarın üçüncü simfoniyasında "Yanıq Kərəm" "Keşişoğlu" aşıq havacatlarından, 1947-ci ildə bəstələdiyi simli kvartetdə isə aşıq muğam musiqisindən istifadə olunub.

   Onun musiqisində lirizm epiklik, psixologizm faciəvilik, qrotesk hiperbola vəhdət təşkil edir. O, özünəməxsus melodiya, ritm polifoniyası ilə Azərbaycan eləcə dünya musiqisinə yenilik, novatorluq gətirmişdir.

   Qarayev yaradıcılığının fəlsəfi mahiyyəti çox geniş bir spektrə malikdir.Qara Qarayevin əsərlərinin qayəsini, ictimai-siyasi məzmununu ehtiva edən başlıca məziyyət nədir" sualına belə savab vermək olar: dünyada həqiqətin, gözəlliyin təntənəsi.

   Bir sıra hallarda Q.Qarayevlə Ü.Hacıbəylini qarşılaşdırmaq ya üz-üzə qoymaq meylləri nəzərə çarpır. Bu, əsassız bir cəhddir. Ən azı ona görə ki, Qara Üzeyir bəyin ən sevimli tələbəsi, Üzeyir bəysə Qaranın sevdiyi ən böyük bəstəkar idi.

   Mən musiqiçi olmasam da, Qara Qarayev musiqisinin ecazını, sehrini öz ruhumda, öz qanımda daim hiss edirəm. Bəzən tənhalığıma qapılanda, insan həyat, keçmiş gələcək, keçərilik əbədiyyət, qorxaqlıq qəhrəmanlıq, nifrət sevgi... haqqında düşüncələrə dalanda Qarayev musiqisi hayıma çatır, dadıma yetişir. Bu musiqi idrakın qəlbin harmoniyasından su içib.

   Əslində Qara Qarayev musiqisi təkcə öz zəmanəsinin yox, bütün zamanların musiqisidir. Maestronun ölməz melodiyalarında bizim ruhumuzun fəlsəfəsi inikas olunub.

   Yeri gəlmişkən, böyük bəstəkarımız Fikrət Əmirov deyirdi: “Qarayev sənəti əzəmətli Azərbaycan musiqi məbədinin ən etibarlı dayaqlarından biridir bu musiqinin dünya şöhrəti qazanmasında onun rolu böyükdür... İstedad üstəgəl əmək - bizim ictimai həyatımızda, mədəniyyətimizdə Qarayev sənətinin mahiyyəti pafosu bax bundadır”.

   Görkəmli dirijor Yevgeni Svetlanov Qara Qarayev yaradıcılığı onunYeddi gözəlbaleti haqqında söz açaraq yazırdı: “Qara Qarayevin ilham pərisinə not sətirləri darlıq edir. Tükənməz fantaziya çalarların çoxluğu, son dərəcə gözəl melodiyalarla çox az halda qarşılaşdığımız harmonik bolluğun ayrılmaz uyğunluğu, ritmlər onların dəyişmələri, səsli təzadlar ehtirasın yüksək çılğınlığı - bütün bunlarYeddi gözəl”in misilsiz musiqili-xoreoqrafik görüntü-açıqlamalarında özünün ən yüksək səviyyəli ifadəsini tapmışdır. Tam arxayınçılıqla deyə bilərəm ki, burada Q.Qarayev adıçəkilən janrda ümumdünya səviyyəsinə qalxa bilmişdir”.

   Qara Qarayev musiqisivaxtı mənalı keçirmək istəyənlər, asudə vaxtlarında dincəlməyə üstünlük verənlərüçün hesablanmış musiqi deyildir. Bu musiqi düşünənlər, döyüşənlər, qaliblər üçün bəstələnmişdir.

   Onun kino səhnə əsərləri üçün yazdığı musiqi əsərləri misilsiz dərəcədə gözəl əlvandır. O, kiçik melodik parçalarda belə, bütöv bir obraz canlandıra bilirdi. Yeri gəlmişkən, yaradıcılıq psixologiyası ilə bağlı bəlkə subyektiv səciyyə daşıya biləcək bir cəhəti qeyd etmək istəyirəm. Mən daha çox dramaturji fəaliyyətlə məşğulam, onlarla pyesimə müxtəlif teatrlarda quruluş verilmişdir. Yazı prosesində mən çox vaxt klassik müasir bəstəkarların, habelə folklor musiqisinin melodiyalarından təsirlənir, bir növenerji alıram”. Bir çox əsərlərin üzərində işləyərkən böyük bəstəkarımızın - Qarayevin əsərləri mənim düşüncələrimə sanki bələdçilik edir, işıq tutur.

   Mən Qara Qarayevi həyatda bir neçə dəfə görüb müşahidə etmişəm. O, daim dalğın düşüncəli idi. Hətta onun sakit addımlarında, xəyala dalmağında belə, sanki hansısa sehrli musiqinin sədaları səslənməkdə idi.

   Böyük bəstəkarın dəfn gününü yaxşı xatırlayıram. 1982-ci ilin ilıq yaz günündə onun cənazəsi Dövlət Filarmoniyasının salonunda qoyulmuşdu. Buraya Qara Qarayevlə vidalaşmaq üçün minlərlə adam toplaşmışdı. Salonda maestronun musiqisi səslənirdi. Dahi sənətkar gözlərini əbədi yumsa da, onun ecazkar musiqisi ürəklərdə, beyinlərdə əks-səda verirdi. Fəxri xiyabanda təşkil edilmiş dəfn mərasimində ağsaçlı, qocaman bir gürcü bəstəkarının dediyi sözlər yaddaşıma əbədi həkk olunmuşdur: "Əzizim Qara, bu tabutda sən yox, mən uzanmalı idim. Sən hələ uzun illər yazıb-yaratmalı, dünyanı heyrətləndirməli, insanları sevindirməli idin".

   Qarayev musiqisi dünyanın özü kimi qədim, dünyanın özü kimi cavandır.

   Böyük bəstəkarın əsərlərinin sadəliyi onun mürəkkəbliyində, mürəkkəbliyi isə sadəliyindədir. Qara Qarayev musiqisi ölməz əbədiyaşardır. Əbədiyyətin xalqımızın özü kimi.

  

 

   Firuz Mustafa

 

   Mədəniyyət.- 2013.- 19 aprel.- S. 10.