“Pərvazlanma, Rezanın uçuşu

 

   Aprelin 15-də Parisdə Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda məşhur azərbaycanlı fotoqraf Reza Deqqatinin yaradıcılığından bəhs edən “Pərvazlanma, Rezanın uçuşu” sənədli filmi nümayiş etdirilib. Ssenari müəllifi və rejissor Əli Badri filmin əsas süjetini tanınmış fotoqrafla dialoqonun ayrı-ayrı vaxtlarda müxtəlif ölkələrdə çəkdiyi fotoların təsviri üzərində qurub. Filmdə fotoqrafın Azərbaycanla bağlı iki fotoəsəri də göstərilib. Fotoların birində yaşlı azərbaycanlı, digərində isə qürub çağı neft buruqlarının fonunda Xəzər dənizi sahilində tilovla balıq tutan həvəskar balıqçılar təsvir edilib. Nümayişdən sonra Reza Deqqati tamaşaçıların suallarına cavab verib.

 

 

   Mədəniyyət.- 2013.- 19 aprel.- S. 12.