Məhsətini öyrənək

 

    Xəbər verdiyimiz kimi, bu il görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illik yubileyi UNESCO səviyyəsində geniş qeyd ediləcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şairənin 900 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

   Bu münasibətlə aprelin 17-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Məhsətini öyrənək” mövzusunda açıq dərs keçirilib. Açıq dərsdə sənətşünaslıq üzrə fəlsəfə doktorları Vidadi Qafarov, Seyrani Qasimi, Tahir Bayramov şairənin həyat və yaradıcılığı haqqında məlumat veriblər. Məhsəti Gəncəvinin yaradıcılığı və şairəyə həsr olunmuş tamaşalarla bağlı muzey tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib.

 

 

   Mədəniyyət.- 2013.- 19 aprel.- S. 15.