Qalereyalar festivalında “Qrafika”
sərgisi
Aprelin 23-də “Art Group” qalereyasında “Baku Creative Center” yaradıcılıq mərkəzinin Bakı qalereyalar festivalı layihəsi çərçivəsində “Qrafika” adlı sərgi açılıb. Sərgi professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam Maral Rəhmanzadəyə həsr edilib.
Sərgidə rəssamın
qalereyanın şəxsi fondundan götürülmüş, ölkəmizin füsunkar təbiəti, zəriflik və lirika dolu əsərləri
nümayiş olunur. Ekspozisiyada sənətkarın
idealizə olunmuş Azərbaycan qadını
obrazı, neftçilərə həsr edilmiş
son dərəcə emosional
rəsmləri, klassiklərimizin kitablarına verdiyi
bədii tərtibatlar və illüstrasiyaları, bir sıra xarici ölkələrin
həyatından çəkilən eskizləri, silsilə
qravüraları və digər əsərləri yer alıb.
Mədəniyyət.-
2013.- 24 aprel.- S. 2.