Azərbaycan mədəniyyəti

 

  Respublika bilik yarışmasının zona turları başa çatıb

  

   Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmişAzərbaycan mədəniyyətimövzusunda uşaq musiqi incəsənət məktəbləri şagirdlərinin respublika bilik müsabiqəsinin zona mərhələsinə yekun vurulub. Nazirliyin Regionlarla sektorundan verilən məlumata görə, zona turları aprelin 8-10-da Xaçmaz Şəmkirdə, ayın 11-13-də İsmayıllı Mingəçevirdə, 15-17-də Saatlıda, aprelin 18-20-də isə Cəlilabadda keçirilib.

   Bu mərhələdə 360 şagird iştirak edib. Onlardan 50-si növbəti mərhələdə yarışacaq. Bakı şəhəri üzrə isə uşaq musiqi incəsənət məktəbləri şagirdlərindən isə 10 nəfər fərqlənib. Beləliklə, müsabiqənin may ayının birinci ongünlüyündə təşkil olunacaq həlledici mərhələsində 60 nəfər biliyini sınayacaq.

   Qeyd edək ki, müsabiqənin təşkilində məqsəd Azərbaycan mədəniyyət tarixi müasir nailiyyətləri üzrə biliklərin gənclərə aşılanması, böyüməkdə olan nəslin mənəvi estetik tərbiyəsinin gücləndirilməsi, ümummilli lider Heydər Əliyevin zəngin irsinin təbliğ edilməsidir. Qaliblər Mədəniyyət Turizm Nazirliyinin hədiyyələri fəxri fərmanları ilə təltif ediləcək.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2013.- 24 aprel.- S. 3.