MDB Humanitar Əməkdaşlıq Fondunun nümayəndə heyəti Qəbələdə

 

   Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən toplantısında 2013-cü ildə “Birliyin mədəniyyət şəhəri” dövlətlərarası proqramının üç ölkədə reallaşdırılması qərara alınıb. Bu ilin “mədəniyyət paytaxtları” arasında Azərbaycanın Qəbələ şəhəri də var.

   Bu günlərdə MDB Humanitar Əməkdaşlıq Fondunun nümayəndə heyəti tanışlıq məqsədilə Qəbələ şəhərinə səfər edib. Qonaqlar əvvəlcə yeni istifadəyə verilmiş Qəbələ Mədəniyyət Mərkəzinin inzibati binasına baxıblar.

   Daha sonra nümayəndə heyəti rayonun Qəbələ konserv zavodu və “Gilanpiano fabrikində istehsal prosesini izləyiblər. Rayonun turizm sektoru ilə yaxından tanış olan nümayəndə heyəti inşası davam edən "Tufan" dağ-xizək yay-qış istirahət kompleksinin tikintisi ilə də tanış olub. Səfər qonaqlarda xoş təəssürat yaradıb.

 

 

   Mədəniyyət.- 2013.- 24 aprel.- S. 3.