Müasir musiqi bayramı sona çatdı

 

   Xəbər verdiyimiz kimi, aprelin 14-dən 19-dək Bakıda Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı keçirilib. Festivalın Azərbaycan Dövlət Filarmoniyasında keçirilən bağlanış mərasimindəÜç dolanbacadlı konsert proqramı təqdim edilib.

  

   Konsertin birinci hissəsində Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

   Solisti avstriyalı pianoçu Kaori Nişi olan orkestrin ifasında Györgi LigetininLontano Arnold Şönberqin “Piano konsertiəsərləri səsləndirilib.

   İkinci hissədə R.Abdullayevin dirijorluğu ilə Dövlət Simfonik Orkestri Filipp Çijevskinin bədii rəhbərliyi ilə Rusiyanın “Questa musicakamera xoru Luçiano Berionun 8 səs orkestr üçünSimfoniyaəsərini ifa edib.

   Ümumiyyətlə, altı gün davam edən festivalın rəngarəng proqramı dinləyicilərə yüksək incəsənətlə yaxından ünsiyyət imkanı yaradıb. Festivalda Azərbaycan, Almaniya, Avstriya, Fransa, Hollandiya Rusiyanın müasir musiqini mükəmməl ifa edən solist kollektivləri iştirak edib.

   Festival çərçivəsində müasir musiqinin problemlərinə həsr olunmuş elmi simpozium, Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Mahnı Teatrında, Dövlət Filarmoniyasında filarmoniyanın kamera orqan musiqisi zalında, Dövlət Gənc Tamaşaçılar Teatrında xarici yerli musiqiçilərin, musiqi kollektivlərinin ifasında konsertlər təşkil edilib. Konsertlərin proqramında XX əsr musiqi təfəkkürünün inkişafında yeni yollar açmış Avropanın tanınmış bəstəkarlarının, o cümlədən dahi bəstəkar Qara Qarayevin digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

 

 

    Mədəniyyət.- 2013.- 24 aprel.- S. 5.